Bakıda əməliyyat keçirildi: saxlanılanlar var
22 Aprel 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
670
03.02.2020, 11:42
Sabirabad rayonunda su əvəzinə səhvən neftlə üzünü yuyan 22 yaşlı gənc yanıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 1-i, saat 23 radələrində rayonun Cavad kəndində baş verib.
1998-ci il təvəllüdlü Elvin Zeynalov hamamda yuyunarkən sabun əlindən yerə düşüb. O, gözü sabunlu olduğu üçün sabunu götürə bilməyib və yerdən su götürərək üzünü yumaq istəyib. Lakin səhvən yerdən neftlə dolu qabı götürüb və başından aşağı töküb.
Həmçinin oxuyun
Həmin vaxt hamamın içində yanan qaz plitəsi E.Zeynalova yaxın olduğu üçün neft alışıb, onun bədəninə alov yayılıb. E.Zeynalov yanaraq çölə çıxıb və özünü gölməçəyə ataraq alovu söndürüb.
Ona bütün bədəninin II və III dərəcəli yanığı diaqnozu qoyulub.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və prosessual hərəkətlər aparılıb.
Məlumata görə, nefti hamama E.Zeynalovun anası ərinin paltarlarını təmizləmək üçün qoyubmuş. Faktla bağlı araşdırma aparılır.
23:24 / 22 Aprel 2026
1
23:18 / 22 Aprel 2026
2088
23:16 / 22 Aprel 2026
76
23:04 / 22 Aprel 2026
145
22:50 / 22 Aprel 2026
48
22:40 / 22 Aprel 2026
43
22:30 / 22 Aprel 2026
60
22:29 / 22 Aprel 2026
39
22:28 / 22 Aprel 2026
42
22:14 / 22 Aprel 2026
104
22:08 / 22 Aprel 2026
41
22:06 / 22 Aprel 2026
45
22:04 / 22 Aprel 2026
123
22:00 / 22 Aprel 2026
40
21:57 / 22 Aprel 2026
441
21:51 / 22 Aprel 2026
68
21:48 / 22 Aprel 2026
1046
21:45 / 22 Aprel 2026
73
21:44 / 22 Aprel 2026
109
21:43 / 22 Aprel 2026
47
21:40 / 22 Aprel 2026
51
21:38 / 22 Aprel 2026
47
21:33 / 22 Aprel 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.