Bakıda məktəbdə şok hadisə – VİDEO
22 Aprel 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1961
02.02.2020, 18:51
Ağcabədidə 29 yaşlı qadını həyat yoldaşının əmisi öldürməyə çalışıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağcabədi rayonunun Qaraxanlı kəndində qeydə alınıb.
Həmçinin oxuyun
29 yaşlı Könül Surxay qızı Hüseynovanı 50 yaşlı qonşusu, Ağcabədi rayon poliklinikasının ruhi-əsəb kabinetində şizofreniya diaqnozu ilə qeydiyyatda olan Müşfiq Oruc oğlu Hüseynov öldürməyə çalışıb. Hasardan həyətə daxil olan Müşfiq cibindən çıxardığı dəhrə və bıçaqla qardaşı oğlunun həyat yoldaşı olan Könülə zərbələr endirib. Yaralı qadın 10 və 9 yaşlı uşaqları ilə birlikdə Müşfiqin əlindən çıxaraq qaçmağı bacarıb. Yaxınları onu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirib: “Ara hasardan keçib qəfil düşdü üstümə. Cibindən bıçaq, dəhrə çıxardı, başladı mənə vurmağa. Belimə, ayağıma, əlimə zərbələr vurmağa başladı. Qışqırdım, əlindən çıxıb qaçdım. Uşaqların 2-si mənimlə qaçdı, 1-i qorxusundan çarpayının altında gizlənmişdi. Mən uşaqlarla qonşuya qaçdım, qonşular gəlib onu tutub saxladılar”.
Qonşular deyir ki, bu, Müşfiq Hüseynovun ilk belə əməli deyil: “Bir neçə il əvvəl o, bir dəfə də belə hücum çəkib. Həmin vaxt Könülün qayınanasını öldürməyə çalışmışdı. Hələ də bədəninin müxtəlif yerlərində onun yaralarının izi var. Amma sonradan sakitləşmişdi. Uşaqlara hədiyyə alırdı, öz balası kimi çox istəyirdi uşaqları. Bir həftə olar ki, xəstəxanadan çıxıb”.
Könül 2 uşağını qaçırdığı zaman 5 yaşlı uşağını tapmayıb. Sonradan onun çarpayının altına girərək gizləndiyi məlum olub. Könülün anası Elza Ağayevanın sözlərinə görə, Müşfiqin psixoloji problemi olsa da, heç vaxt onun qızına və nəvələrinə kin bəsləməyib: “Qızıma, onun balalarına, Allah haqqı, əlində həmişə pay gətirirdi. O uşaqları öz balası kimi çox istəyirdi, göydən Allah baxır. İndi qəfil başı oynayıb, eləyib. Görürsən mənim balamı elə edib, yenə yaxşılığını deyirəm. Mənim balamın balalarına həmişə pay alıb. İndi nə bilim, şeytana lənət”.
Müşfiq Hüseynov hadisəni törətdikdən sonra sirkə turşusu içərək özünü zəhərləyib. Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanılıb.
21:48 / 22 Aprel 2026
1
21:45 / 22 Aprel 2026
2
21:44 / 22 Aprel 2026
10
21:43 / 22 Aprel 2026
15
21:40 / 22 Aprel 2026
16
21:38 / 22 Aprel 2026
20
21:33 / 22 Aprel 2026
85
21:13 / 22 Aprel 2026
37
20:49 / 22 Aprel 2026
40
20:34 / 22 Aprel 2026
58
20:30 / 22 Aprel 2026
50
20:18 / 22 Aprel 2026
64
20:08 / 22 Aprel 2026
70
19:51 / 22 Aprel 2026
60
19:41 / 22 Aprel 2026
76
19:40 / 22 Aprel 2026
91
19:30 / 22 Aprel 2026
186
19:20 / 22 Aprel 2026
61
19:09 / 22 Aprel 2026
142
19:01 / 22 Aprel 2026
120
18:49 / 22 Aprel 2026
120
18:38 / 22 Aprel 2026
100
18:27 / 22 Aprel 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.