Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı
30 Yanvar 2026, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
803
01.02.2020, 23:02
Şirvan şəhərində iki bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlu bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və dərhal əməliyyata götürülüb.
Yaralı əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.
Bundan əvvəl Şirvanda Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu da baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. K.Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Əsas damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağır olduğundan paytaxta yola salınıb.
Həmçinin oxuyun
Hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.
O da müəyyən edilib ki, Vüsal Vazehini sonuncunun qardaşı münaqişə baş verən anda bıçaqlayıb. Hadisəni törədən digər qardaşın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bıçaqlanan şəxslər Şirvan şəhərində 3 saylı marşrut xəttinin sürücüləri olub. Hadisəyə səbəb marşrut xəttinin sonuncu dayanacağında qardaşlar və sürücülər arasında yaranan mübahisə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
22:47 / 30 Yanvar 2026
4
22:45 / 30 Yanvar 2026
9
22:35 / 30 Yanvar 2026
19
22:29 / 30 Yanvar 2026
31
22:22 / 30 Yanvar 2026
24
22:15 / 30 Yanvar 2026
28
21:59 / 30 Yanvar 2026
33
21:56 / 30 Yanvar 2026
56
21:56 / 30 Yanvar 2026
32
21:54 / 30 Yanvar 2026
152
21:52 / 30 Yanvar 2026
41
21:51 / 30 Yanvar 2026
32
21:50 / 30 Yanvar 2026
743
21:41 / 30 Yanvar 2026
33
21:37 / 30 Yanvar 2026
44
21:35 / 30 Yanvar 2026
34
21:23 / 30 Yanvar 2026
50
21:10 / 30 Yanvar 2026
46
21:00 / 30 Yanvar 2026
35
20:58 / 30 Yanvar 2026
95
20:49 / 30 Yanvar 2026
131
20:31 / 30 Yanvar 2026
78
20:10 / 30 Yanvar 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.