Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: qadın öldü, yaralılar var +VİDEO

2020/02/01/1580541503_1580498618195_snoy6lwc.jpeg

KRİMİNAL

992

01.02.2020, 11:16

Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.

 

Oxu24.com -un məlumatına görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

 

 

APA-nın  məlumatına görə, saxlanılan şəxslər rayon sakini, "Ford" markalı kiçiktutumlu yük maşınının sürücüsü, 1998-ci il təvəllüdlü Orucov Arzu Lətif  oğlu və Şəmkir rayon sakini, “Zil” markalı yük avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü  Murtuzayev Neymət Əhməd oğludur.