Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı
30 Yanvar 2026, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
716
30.01.2020, 14:49
Yanvarın 29-da Bakının Nizami rayonunda iki azyaşlının öldürülməsi və daha sonra uşaqların nənəsinin intiharı ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verilib.
Qeyd edək ki, ötən gün 18:00 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 24 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunub.
Hadisə yerinə baxış keçirən istintaq-əməliyyat qrupunun üzvləri qadının nəvələrini iplə boğaraq, daha sonra isə intihar etdiyi qənaətinə gəliblər.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Bundan əlavə məlum olub ki, N.Allahverdiyeva qızı Lilii Pikulonun ailəsi ilə yaşayıb və nəvələrinə baxıb.
Həmçinin oxuyun
Faciə günorta saatlarında baş verib. L.Pikulo hüquq-mühafizə orqanları ilə söhbət əsnasında bildirib ki, işdə olan vaxt evdə hər şeyin qaydasında olduğunu öyrənmək məqsədi ilə anasına zəng edib. Bir neçə uğursuz cəhddən sonra narahat olan qadın evinə yollanıb və dəhşətli mənzərə ilə qarşılaşıb.
Anası özünü mənzilin qapısından asıb. Səliqə ilə geyindirilmiş uşaqların meyitləri isə uşaq çarpayısının yanına uzadılıb.
Qonşular L.Pikulonun ailəsini müsbət xarakterizə ediblər. N.Allahverdiyevanın isə sakit və adekvat qadın olduğunu, nəvələrini çox istədiyini qeyd ediblər.
Güman edilir ki, cinayətin törədilməsinə səbəb N.Allahverdiyevanın psixi pozğunluğunun olmasıdır. Hazırda istintaq digər motivlərə sahib deyil.
15:10 / 30 Yanvar 2026
1
15:06 / 30 Yanvar 2026
14
15:02 / 30 Yanvar 2026
30
14:58 / 30 Yanvar 2026
19
14:17 / 30 Yanvar 2026
1121
14:08 / 30 Yanvar 2026
315
14:01 / 30 Yanvar 2026
39
13:55 / 30 Yanvar 2026
253
13:41 / 30 Yanvar 2026
254
13:33 / 30 Yanvar 2026
56
13:30 / 30 Yanvar 2026
77
13:17 / 30 Yanvar 2026
328
13:09 / 30 Yanvar 2026
80
12:55 / 30 Yanvar 2026
2326
12:38 / 30 Yanvar 2026
191
12:27 / 30 Yanvar 2026
109
12:23 / 30 Yanvar 2026
65
12:10 / 30 Yanvar 2026
56
12:09 / 30 Yanvar 2026
53
12:02 / 30 Yanvar 2026
99
11:58 / 30 Yanvar 2026
94
11:39 / 30 Yanvar 2026
1077
10:57 / 30 Yanvar 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.