Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23583
az

Bakıda liftdə BİABIRÇILIQ: 38 yaşlı kişi 10 yaşlı qıza görün nələr etdi

15:5329 Yanvar, 2020
459
KRİMİNAL
  • A

 

 

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olan Ramil Sadıqov paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində olan evlərdən birində yaşayıb.

 

Azyaşlı ilə liftin qarşısında rastlaşdı

 

Belə ki, Ramil Sadıqov 2018-ci il avqustun 31-də, saat 21-də sərxoş vəziyyətdə yaşadığı evə gəlib. O, yaşadığı Ə.Naxçıvani küçəsi, məhəllə 3068 ünvanında yerləşən 1 saylı binanın blokuna girib.

Bu zaman Ramil Sadıqov liftin gəlməsini gözləyərkən həmin vaxt mənzilə qalxmaq üçün bloka girən qonşusu, 2008-ci il təvəllüdlü Samirə Vəkilovanı görüb.

Liftdə əxlaqsızlıq

 

Daha sonra onlar birlikdə evə qalxmaq üçün liftə giriblər. Sərxoş olan Ramil Sadıqov liftdə olarkən Samirə Vəkilovanın on dörd yaşına çatmadığını bilə-bilə onun çiynini və saçını sığallayıb.

Sonra Ramil Sadıqov əlini onun sinə nahiyəsinə salaraq, azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu vaxt Samirə Vəkilova etitrazını bildirib, onun əxlaqsız hərəkətlər etməsinə mane olub.

Lift açıldı, azyaşlı xilas oldu

Samirə Vəkilovanın etiraz etməsinə baxmayaraq, sərxoş olan kişi öz iyrənc əməllərini davam etdirib. O, azyaşlıya qarşı zorakılıq edib və əxlaqsızlıq hərəkətlərini davam etdirib.

Bir neçə dəqiqədən sonra liftin açılması nəticəsində qız onun əlindən çıxıb və birbaşa öz yaşadığı mənzilə girib. Qız başına gələnlərin valideynlərinə danışıb.

Azyaşlının valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində azyaşlıya əxlaqsızlıq edən şəxs tutulub.

İttiham niyə dəyişdirildi?

İstintaq orqanı tərəfindən Ramil Sadıqovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə araşdırma aparılıb və istintaq orqanı tərəfindən Ramil Sadıqova qarşı irəli sürülmüş ittihamın mahiyyəti dəyişdirilib.

Seksual zorakılıq və ya əxlaqsızlıq

Hökmdə qeyd olunub ki, Ramil Sadıqov liftdə olarkən azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməyib, əxlaqsızlıq edib.

Bu səbəbdən Ramil Sadıqovun əməli Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq etmə) maddəsinə tövsif edilib.

Ramil Sadıqov həmin maddə ilə təqsirli bilinib və 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm elan edilib.

 

Sərxoş kişinin cəzası bilindi

 

Hökmdən narazı qalan Ramil Sadıqov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xiram verilməsini istəyib.

Ramil Sadıqovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin olunmaması barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan Ramil Sadıqov eyni tələblə kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ramil Sadıqovun kasasiya şikayəti təmin olunmayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda 13 min manatlıq dələduzluq edənlər saxlanıldı
Bakıda qadın evdən 17 min 700 manat oğurladı
Dələduzluğa görə axtarışda olan 17 nəfər tutuldu

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Abşeronda 13 min manatlıq dələduzluq edənlər saxlanıldı