Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23517
az

Evə qadın gətirən kişinin qızı: “Atam anamı sürünməyə məcbur etdi...” - Şok

17:3128 Yanvar, 2020
982
KRİMİNAL
  • A

Abşeron rayonunda arvadını intihar həddinə çatdırmaqda ittiham olunan Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Səid Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Səid Məmmədov rəsmi nikahda olub birlikdə yaşadığı, ondan maddi cəhətdən asılı olan arvadı Məlahətə qarşı mütəmadi olaraq amansız rəftar etməklə onu döyüb, həmçinin ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırıb.

Arvadına işgəncə verdi

Səid Məmmədov Məlahətlə evli olduqları dövrdə ona dəfələrlə xəyanət edib. Qeyri-rəsmi yaşadığı və sevgi münasibətində olduğu İlhamə Səlimova ilə bir evdə yaşamalı olduqlarını bildirib.

Bundan sonra o, Məlahətin valideynləri ilə görüşməsinə icazə verməyib, daim mənəvi-psixoloji təzyiq altında saxlayıb, mülkiyyətində olan evdən çıxarılacağı, həmçinin qardaşı Nazim Babayevi və atası Eldarı öldürəcəyi ilə hədələyib.

10 il davam edən işgəncənin sonu

Səid Məmmədov mübahisələr zamanı arvadının şəxsiyyətini və ləyaqətini mütəmadi olaraq alçaldıb, 2016-cı ildən 4 aprel 2018-ci ilə, yəni hadisə olan günə kimi onu müntəzəm döyərək işgəncə verib.

Aprelin 4-də saat 15 radələrində Məlahətin qardaşı Nazim Babayev Səid Məmmədovu İlhamə Səlimova ilə yaşadıqları küçədə bir maşında görüb.

Səid Nazimi öldürəcəyi, ailə üzvlərini məhv edəcəyi hədəsi ilə Məlahəti işlədiyi yerdən evə çağırıb, onunla mübahisə edib, döyərək işgəncə verib.

Evin mansarında özünəqəsd

Bu hadisədən dərhal sonra Məlahət Məmmədova Abşeron rayonu Xırdalan şəhərindəki evin mansarına çıxıb, tavandakı taxta atmadan sintetik material parça ilə asaraq intihar edib.

İstintaq orqanı tərəfindən Səid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

“Atası ilə aramızda narazılıq oldu”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid Məmmədov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. Bildirib ki, 2008-ci ildə Məlahətlə rəsmi nikah bağlamaqla evlənib, birgə nikahdan 2 qız övladları olub: “2013-cü ilə kimi başqa ünvanlarda yaşamışıq, hadisədən təxminən 4 il qabaq Xırdalan şəhərindəki evə köçdük. Ev Məlahətin atasının qonşuluğunda yerləşir. Həmin evə köçdükdən sonra mənim Məlahətin atası ilə aramızda narazılıq yarandı. Bunlardan biri qonşuluqda yaşayan İlhamə Səlimova ilə yaxınlıq etməyim oldu”.

“Mənə evli olduğunu dedi”

Cinayət işi üzrə şahid qismində ifadə verən İlhamə Səlimova bildirib ki, Yasamal rayonunda yerləşən 2 nömrəli tibb texnikumunda təhsil alıb, hadisədən təxminən 4 il öncə 2015-ci ildə texnikumun 1-ci kursunda oxuyarkən praktikaya gedən zaman yaxınlıqda təmir gedən evlərdən birində işləyən ustalardan biri onun ardınca düşüb, onu izləyib: “3 aydan sonra yaxınlaşaraq həmin şəxs mənə məktub verdi. Səid özünü mənə həmin evdə işləyən usta kimi təqdim etdi. Səidlə tanış olduqdan sonra telefonla bir müddət danışdıq. Münasibətlərimiz inkişaf etdi, Səid mənə evli olduğunu dedi, lakin kiminlə evli olduğunu, kimin kürəkəni olduğunu söyləmədi”.

“Hər cür cinsi əlaqədə olmuşam”

İlhamə Səlimovanın sözlərinə görə, Səidin evli olduğunu biləndən sonra onunla danışmayıb: “Lakin Səid məndən əl çəkmədi, gəlib məni tapdı. Səidlə sevgi münasibətində olmuşam. Ailəsində mənimlə münasibəti olduğu üçün mübahisələrin düşdüyünü bilmişəm. Səidlə ər-arvad kimi yaşamışam, onunla müxtəlif cür, həm təbii yolla, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

İlhamə Səlimova qeyd edib ki, dəfələrlə Səidin hazırda yaşadığı evə gedib, orada görüşüblər: “Hadisə baş verən gün Səidlə görüşməyi planlaşdırdıq. Onunla mesajlaşdıq, Səiddən məni AAF yaşayış kompleksinə aparmağını istədim. O məni yaşadığım evin yaxınlığında dalandan götürdü. Bu vaxt bizi Nazim Babayev gördü.

O, avtomobildən aramsız siqnal verməklə bizim olduğumuz maşını saxlatdı. Düşüb bizim maşınımıza yaxınlaşdı. O, Səidə: “Əxlaqsızdan əl çəkə bilmədin?”, - deyə bildirdi. Bundan sonra getdi. Bu söz Səidə pis təsir etdi. Səid məni AAF-a aparmaqdan imtina etdi. Məni işə düşürdü, özü isə Nazimlə danışmağa getdiyini dedi”.

“Mənə qulaq asmadı”

İlhamə Səlimovanın ifadəsinə görə, bundan sonra Səidlə “Whatsapp”la danışıb: “Səid yazılarında Nazimi, Məlahəti və qohumlarını təhqir etdi. “Gör onların başına nə oyun açacam, gör onlara necə od qoyacam, Nazimi güllələyəcəm, tüfəngi götürmüşəm”, - kimi sözlər yazdı.

Səid Məlahəti evə çağırıb, onunla olan münasibətinə nöqtəni qoyacağını, məsələni həll edəcəyini dedi.

Onun belə əsəbi, hikkəli danışığı məni qorxutdu. Ona görə də Səidi sakitləşməyə, heç nə etməməyə çağırdım. Amma mənə qulaq asmadı”.

“Ayılanda özümü xəstəxanada gördüm”

İlhamə Səlimova qeyd edib ki, həmin gün Nazim Babayev onun Səid Məmmədovla münasibətləri barədə qardaşına məlumat verib: “Bu səbəbdən özümü öldürmək qərarına gəldim. Əvvəlcədən işlədiyim aptekdə hazırladığım dərmanları iş yoldaşım getdikdən sonra içdim. Ayılanda özümü xəstəxanada gördüm.

Dərman içməmişdən öncə Səid mənə Məlahətin özünü asdığını demişdi. Səidin hadisə baş verən gün əsəbi olması və Məlahətlə Nazimlə haqq-hesab çəkəcəyi barədə hədə dolu danışığı əsasında Səidin təsirindən Məlahətin özünü asmış ola biləcəyini düşündüm”.

“Atam anamı evdə süründürürdü”

Cinayət işi üzrə Səid Məmmədovun azyaşlı qızı Səbinə də ifadə verib: “Atam anamı döyüb, ancaq hansı səbəbdan dalaşdıqlarını bilməmişəm. Atam bir dəfə anamla mübahisə edəndə əlində bıçaq vardı.

Atam bizi babamgillə görüşməyə qoymurdu. Mənə doqquz yaşında namaza başlayacağımı, başıma yaylıq bağlayacağımı deyirdi.

Bir dəfə atam anamı vurmaq istəyəndə anam bıçaq götürdü, üstünə gəlməməsini istədi.

Bir dəfə də anamın evdə süründüyünü gördüm. Anamın evdə sürünməsini atam tələb edirdi. Anam ilə atamın arasında tez-tez mübahisələr olub”.

6 il 6 ay cəza

Abşeron rayon Məhkəməsinin hökmü ilə Səid Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səid Məmmədov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Məhkəmə şikayəti təmin etməyib.

Bu qərardan narazıqalan Səid Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. İş araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib.

Yaxın günlərdə Səid Məmmədovun bəraət istəməsi barədə verdiyi kasasiya şikayətinə Ali Məhkəmədə baxılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşunun ətçəkən maşınlarını oğurlayan şəxslər tutuldu -FOTOLAR
İki nəfər öldürülüb,yaralı var— Qəbələdəki dəhşətli cinayətin detalları
Bakıda qadın öldürüldü

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto