Turist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
29 Yanvar 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
492
27.01.2020, 18:12
Onun borclu olduğu vətəndaşlar Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. 6 nəfərin imzaladığı müraciətdə Rafael Cəbrayılovun müxtəlif bəhanələrlə borcunu qaytarmadığı bildirilir.
Məlumatda bildirilir ki, borc sahibləri Rafael Cəbrayılovun mandatı ləğv ediləndən sonra Baş prokurora müraciət etmək istəyiblər. Lakin keçmiş deputat onlarla görüşərək tezliklə borcu qaytaracağını bildirərək müraciətin qarşısını alıb.
Borc sahiblləri bir müddət gözlədikdən sonra Rafael Cəbrayılovla əlaqə saxlayaraq verdiyi vədi ona xatırladıblar. Keçmiş deputat bu dəfə bildirib ki, borcunu qaytarmaq üçün villasını satışa çıxarıb. Aylar keçsə də, villa satılmayıb. Bu dəfə Rafael Cəbrayılov qardaşı Elşən Cəbrayılovu önə verərək borc sahiblərini məhz ondan şikayətçi olmağı təklif edib. Keçmiş deputat bildirib ki, əslində pulları qardaşı götürərək xaricdə özünə biznes qurub. Borc sahibləri isə Rafael Cəbrayılovun təklifini qəbul etməyiblər. Bu halda keçmiş deputat onlardan bir qədər də möhlət istəyib.
Həmçinin oxuyun
Beləliklə, Rafael Cəbrayılovun bir neçə dəfə verdiyi sözü tutmadığını görə borc sahiblərinin səbr kasası daşıb və nəhayət, onlar Baş prokurora müraciət ünvanlayıblar.
Borc sahiblərinin fikrincə, bu müraciətdən sonra Rafael Cəbrayılov onların pulunu qaytaracaq, əks təqdirdə isə dələduzluq ittihamı ilə həbs ediləcək.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.
02:29 / 30 Yanvar 2026
41
01:14 / 30 Yanvar 2026
75
01:02 / 30 Yanvar 2026
78
00:49 / 30 Yanvar 2026
256
00:47 / 30 Yanvar 2026
79
00:36 / 30 Yanvar 2026
98
23:39 / 29 Yanvar 2026
80
23:32 / 29 Yanvar 2026
68
23:27 / 29 Yanvar 2026
92
23:22 / 29 Yanvar 2026
77
23:14 / 29 Yanvar 2026
79
23:09 / 29 Yanvar 2026
71
23:01 / 29 Yanvar 2026
956
22:54 / 29 Yanvar 2026
97
22:54 / 29 Yanvar 2026
86
22:52 / 29 Yanvar 2026
177
22:42 / 29 Yanvar 2026
65
22:38 / 29 Yanvar 2026
98
22:37 / 29 Yanvar 2026
65
22:26 / 29 Yanvar 2026
66
22:20 / 29 Yanvar 2026
65
22:19 / 29 Yanvar 2026
89
22:09 / 29 Yanvar 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.