Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
21 Noyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
778
27.01.2020, 15:44
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu24.com -a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıblar.
Əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberi müvəqqəti yaşadığı Masallı rayonu Şıxlar kəndindəki evdə tutulub. Evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi Masallı rayon sakinin Rasim Hüseynova məxsus olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq ev sahibi Masallı rayon sakini Rasim Hüseynov da tutulatraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, D.Jaberi və R.Hüseynova şəxsiyyəti istintaqa məlum olmayan“Müslüm” adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib. Əməliyyat tədbirlərinin davamı olaraq D.Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi 3 büküm ümümi çəkisi 5 kiloqram olan heroin və 1 büküm ümumi çəkisi 380 qram olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.