Metroda faciə:Ölən var
21 Aprel 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1899
27.01.2020, 14:45
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” markalı tapança və 1 ədəd pnevmatik tapança aşkar olnaraq götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.
Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Həmçinin oxuyun



23:50 / 21 Aprel 2026
1
23:42 / 21 Aprel 2026
1
23:19 / 21 Aprel 2026
78
23:16 / 21 Aprel 2026
82
23:06 / 21 Aprel 2026
137
22:54 / 21 Aprel 2026
42
22:36 / 21 Aprel 2026
180
22:28 / 21 Aprel 2026
42
22:24 / 21 Aprel 2026
51
22:12 / 21 Aprel 2026
80
22:04 / 21 Aprel 2026
359
21:58 / 21 Aprel 2026
73
21:36 / 21 Aprel 2026
86
21:27 / 21 Aprel 2026
77
21:13 / 21 Aprel 2026
1675
21:08 / 21 Aprel 2026
85
21:05 / 21 Aprel 2026
732
20:49 / 21 Aprel 2026
74
20:22 / 21 Aprel 2026
143
20:10 / 21 Aprel 2026
249
19:59 / 21 Aprel 2026
87
19:48 / 21 Aprel 2026
109
19:31 / 21 Aprel 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.