Metroda faciə:Ölən var
21 Aprel 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
978
27.01.2020, 13:04
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri zamanı 7 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə heroini satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla O.Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. E. Mikayılov 2 bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb və üzərindən əlavə olaraq 5 bükümdə heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E. Mikayılovun rayonun Şahağacı kəndində yerləşən kəndindəki yaşayış evində aparılan axtarış zamanı 5 ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə şəhər sakini G. Cəfərova 1 bükümdə psixatrop maddə metamfetamini satarkən saxlanılıb. Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Arşadırmalarla G. Cəfərovanın Psixatro maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib. S. Əliyev 1 bükümdə metamfetamini və 1 ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən 1 bükümdə heroin, 6 bükümdə metamfetamin, yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun

.jpg)


23:50 / 21 Aprel 2026
1
23:42 / 21 Aprel 2026
1
23:19 / 21 Aprel 2026
78
23:16 / 21 Aprel 2026
82
23:06 / 21 Aprel 2026
137
22:54 / 21 Aprel 2026
42
22:36 / 21 Aprel 2026
180
22:28 / 21 Aprel 2026
42
22:24 / 21 Aprel 2026
51
22:12 / 21 Aprel 2026
80
22:04 / 21 Aprel 2026
359
21:58 / 21 Aprel 2026
73
21:36 / 21 Aprel 2026
86
21:27 / 21 Aprel 2026
77
21:13 / 21 Aprel 2026
1675
21:08 / 21 Aprel 2026
85
21:05 / 21 Aprel 2026
732
20:49 / 21 Aprel 2026
74
20:22 / 21 Aprel 2026
143
20:10 / 21 Aprel 2026
249
19:59 / 21 Aprel 2026
87
19:48 / 21 Aprel 2026
109
19:31 / 21 Aprel 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.