Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
21 Noyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
945
25.01.2020, 17:08
Oxu24.com Yeni Sabah-a istinadən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun “Report”a müsahibəsini təqdim edir:
– Son günlər ölkə mətbuatının gündəmini zəbt etmiş Salyan məsələsi – polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisə haradan qaynaqlanır?
– Məlumat üçün bildirirəm ki, ötən il sentyabrın 17-də Salyan şəhər sakini Yaşar Abıyev Rayon Polis Şöbəsinə müraciət edərək qızı Aytəkinin evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirmiş və onun tapılması üçün polisdən kömək istəmişdir. Qeyd edim ki, bu artıq Aytəkinin 3-cü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. Bu dəfə də polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılmış və RPŞ-yə gətirilmişdir. Aytəkin RPŞ-nin həyətində atasını, anasını və qardaşını gördükdə “Siz məni yenə də tutub valideynlərimə verdiniz?”- deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirmişdir. Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılmış və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
– Belə iddialar səsləndirilir ki, guya polis əməkdaşı həmin qıza təcavüz edib. Bu iddiaya münasibətiniz necədir?
– Tamamilə əsassız və uydurma iddiadır. Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib.
– Polis əməkdaşı Həmzə Əzizovun Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan hər hansı şəxslə qohumluq əlaqələri varmı?
– Birmənalı olaraq bildirirəm ki, polis kapitanı Həmzə Əzizovun DİN-in rəhbər heyətində heç bir qohumu yoxdur.
– Digər bir iddia da var ki, hazırda inzibati həbsdə olan Salyan rayon sakini Zamin Salayev saxlanılarkən işgəncəyə məruz qalıb və hətta qarın yırtığı partlayıb…
Bu məlumat da cəmiyətdə təxribat xarakterli yalan məlumat yaymaqda maraqlı olan müəyyən dairələrin uydurduğu növbəti əsassız iddiadır. Z.Salayev məhkəmənin qərarı ilə törətdiyi inzibati xətaya görə həbs edilmişdir. Onun bütün prosessual hüquqları təmin edilmiş, o, vəkili və ailə üzvləri ilə görüşmüş, eləcə də Ombudsman Aparatının əməkdaşları ona baş çəkmişlər. Həmin məlumatla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılıb, Z.Salayevin izahatı alınıb, Nazirliyin təşəbbüsü ilə o, DİN-in Hospitalına aparılaraq həkim müayinəsindən keçirilib. Ona işgəncə verilməsinə dair məlumat öz təsdiqini tapmamışdır. Z.Salayevin səhhətində ciddi problem aşkarlanmayıb. Yalnız həkimlər onda çoxdan mövcud olan qarın yırtığı aşkarlayıblar və özünə bu barədə məlumat veriblər.
– Bəs belə bir adi məsələnin geniş rezonans doğurmasının və polisin üzərinə bu qədər basqının olmasının səbəbi nədir?
– Bizə artıq məlumdur ki, müəyyən şəxslər ölkədə bərqərar olmuş ictimai asayişi, ictimai təhlükəsizliyi qəsdən pozmaq üçün əllərinə düşən hər yoxlanılmamış məlumatdan istifadə etməyə cəhd edirlər. Lakin onların belə qanunsuz əməllərinin qarşısı hüquq mühafizə, o cümlədən də polis əməkdaşları tərəfindən hər dəfə qətiyyətlə alınıb və bundan sonra da alınacaqdır. Həmin pozucu qüvvələr öz çirkin arzularına və niyətlərinə heç vaxt çata bilməyəcəklər. Ona görə də onlar qərəzli olaraq eşitdikləri məlumatları təhrif edərək polisin əleyhinə istifadə etməyə çalışırlar. Elə Salyan məsələsinin də geniş rezonans doğurmasının səbəbi budur.
Hesab edirik ki, hüquq mühafizə orqanları hər dəfə belə “fake” xəbərləri aşkarlayıb məsələyə aydınlıq gətirdiyi kimi, mətbuat və sosial şəbəkə istifadəçiləri də öz növbəsində belə təhrif olunmuş və yalan məlumatların yayılmasının qarşısını almalıdır.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.