Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı — Yaralılar var

Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı — Yaralılar var

KRİMİNAL

669

25.01.2020, 09:52

 

Bakıda ağır yol qəzası baş verib.

Oxu24.com -un   trend-ə istinadən məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.