Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
21 Noyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
727
24.01.2020, 18:12
ABŞ-lı aktrisa Anabela Şora (Annabella Sciorra) məhkəmədə məşhur prodüser Harvi Vaynşteynin əleyhinə ifadə verib.
Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, 59 yaşlı aktrisa Kann film festivalındaykən məşhur prodüserin onu zorlamaq istədiyini iddia edib.
Bir dəfə Harvi otağımın qarşısına gəlib, qapımı döydü. Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də uşaq masajı üçün olan yağ var", - deyə Annabela hakim qarşısında söyləyib.
Onun dediyinə görə çığır-bağır saldıqdan sonra Harvi oranı tərk etmək məcburiyyətində qalıb.
Anabela bildirib ki, sözügedən olay 1997-ci ildə Fransada, Harvi Vaynşteynin çəkdiyi "Cop Land" filminin təmsilçiləri kimi Kann festivalında iştirakı zamanı yaşanıb.
Vaynşteynin vəkili isə qadının dediklərini yalanlayıb. O, aktrisaya: "belə bir hadisə olubsa, niyə tərəf müqabilin olan Robert De Niro və ya Silvester Stallonneni köməyə çağırmadın?, - deyərək onu çətin vəziyyətdə qoyub.
Qeyd edək ki, Vaynşteyn 2017-ci ilin oktyabr ayında 70-dən artıq qadını zorladığını və onlara qarşı seksual xarakterli hərəkət etdiyini etiraf edib. Onlar arasında Ancelina Coli, Salma Xayek, Kara Delevin, Qvinet Peltrou, Lea Seydi kimi məhşur ulduzlar var. O, 2018-ci ilin mayın 25-də etdiyi hərəkətlərini etiraf edərək Nyu-York polisinə təslim olub, lakin milyon dollar həcmində girovla azadlığa çıxıb.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.