Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
21 Noyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1730
23.01.2020, 21:57
16 yaşında yeniyetmə anasının qohumu tərəfindən zorla qaçırılaraq, meşədə cinsi istismara məruz qalıb. Hadisə Türkinyənin Antalya şəhərində baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə “Son Dakika” xəbər yayıb.
Məlumata görə, N.D. adlı yeniyetmə xalası ilə birlikdə polis idarəsinə gedərək üç uşağı və iki nəvəsi olan 44 yaşlı Birol Karademir tərəfindən təcavüzə məruz qaldığını deyib. Həmiş şəxs dərhal həbs edilib.
N.D.-nın sözlərinə görə, həmin gün Karademir anasını maşını ilə işə aparıb. Qızın sözlərinə görə, anası işə getdikdən sonra qapını arxadan kilidləyərək yatıb.
“Bir müddət sonra Birol Karademir gəldi. Qapını döydü, açmadım. Mesaj yazdı, cavab vermədim. Bu barədə anama yazdım. Anam da qapını açmamağımı, evdə yoxmuş kimi davranmamı, rəfiqəmgilə getdiyimi yazmağımı istədi. Mən də Birol Karademirə evdə olmadığımı yazdım. Məni olduğum yerdən götürmək istədiyini yazdı. Çünki o arada bir məni işə aparırdı. Hətta məni işə apararkən maşında ayağımı qucaqlayırdı. Bunu anama bildirmədim. Uşaq ağlımla yanlış anlaya biləcəyimi düşünürdüm. O gün saat 08.00-dan 10.30-a qədər qapıda qaldı, sonra da getdi”, - deyə qız bildirib.
Bir müddət sonra dostları ilə gəzməyə getdiyini, saat 15.00 radələrində geri qayıtdığını deyən qız sözlərinə belə davam edib:
“Evə girməzdən öncə rəfiqəm Fatma ilə qarşılaşdım. Sonra evə çıxmaq üçün binaya girdim. Evə girməzdən əvvəl qəfil Birol Karademirlə rastlaşdım. Onunla evdə tək qalmaq istəmədiyimdən açarı gizlincə qapının önündəki ayaqqabının içinə qoydum. Sonra da açarın anamda olduğunu və babamın yanına gedəcəyimi bildirdim. Məni aparmaq istədiyini dedi. Qəbul etmədim. Biləyimdən tutaraq zorla maşına mindirdi. Minən kimi də qapıları kilidlədi. Həmin vaxt rəfiqəm Fatma mənim maşına mindiyimi görüb”.
Yeniyetmənin sözlərinə görə, Karademir onu Varsaq bölgəsindəki meşəlik əraziyə aparıb: “Mənə mənzərə izləməyə gəldiyimizi dedi. “Maşından düşüb baxaq”, - dedim, icazə vermədi. Bu vaxt anam zəng elədi. Ancaq o, əlimdən telefonu alaraq maşının arxasına atdı. Mən telefonu götürmək üçün öndəki iki oturacağın arasından arxaya uzandığım vaxt məni arxadakı oturacağa atdı və özü də yanıma gəldi. Sonra isə təcavüz etdi”.
Qızın sözlərinə görə, bunu kiməsə söyləyəcəyi təqdirdə kişi onu öldürməklə hədələyib.
“Məni Kəpəz şəhər meydanına apardı. Gedəndə gülürdü. Rəfiqəm Fatmaya zəng edib məni olduğum yerdən götürməsini istiədim. Sonra isə xalamla birlikdə polis mərkəzinə gedərək şikayətçi oldum”, - deyə qız göz yaşları içində bildirib.
Qızın üzərində aparılan tibbi müayinə zamanı həqiqətən də cinsi təcavüzə məruz qaldığı aydınlaşıb.
Birol Karademir ittihamları qəbul etməsə də, həbs olunub. Araşdırma zamanı məlum olub ki, müttəhim bundan əvvəl də oxşar cinayətlərə görə məhkum edilib.(Oxu.az)
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.