Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda yol çəkənləri elektrik cərəyanı vurub - FOTO

Tovuzda yol çəkənləri elektrik cərəyanı vurub - FOTO

KRİMİNAL

1296

23.01.2020, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Onların Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Suliddin Abdullayev, 1980-ci il təvəllüdlü Ayət Abduləzizov və Bakı şəhər sakini Nihad Xudayi olduğu qeyd olunub. Yaralıların Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.