Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda aptekdə işləyən kişi ilə qadın tutuldu – BU SƏBƏBDƏN

Bakıda aptekdə işləyən kişi ilə qadın tutuldu – BU SƏBƏBDƏN

KRİMİNAL

619

22.01.2020, 17:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda narkotik tərkibli həbləri satan aptek işçiləri tutulub.

oxu24.com   Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.

Araşdırma aparılır.