Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda komik hadisə: Sərxoş kişi polisə telefonunun oğurlandığını dedi,telefon görün hardan tapıldı

2020/01/22/1579680828_polis-sekil.jpg

KRİMİNAL

744

22.01.2020, 12:01

Bakıda kafedə spirtli içki içərək sərxoş olan şəxs telefonunun oğurlandığı barədə polisə məlumat verib.

“Report”un xəbərinə görə, hadisə yanvarın 14-də gecə saatlarında, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kafedə yeyib-içən V.Abbasovun mobil telefonunun masanın üzərindən oğurlandığı barədə “102 Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Daxil olan müraciət üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, V.Abbasovun mobil telefonu həmin kafedə oğurlanmayıb. Müvafiq tədbirlərlə müəyyən olunub ki, V.Abbasov telefonunu yaşadığı evdə unudub.