Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda restorandan çıxan şəxs ətrafdakı insanlara bıçaqla hücum etdi

Bakıda restorandan çıxan şəxs ətrafdakı insanlara bıçaqla hücum etdi

KRİMİNAL

532

22.01.2020, 10:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində hadisə baş verib.

 

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, Əhməd Rəcəbli küçəsində yerləşən "Karvan Pub"da mübahisə düşüb.

 

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı "Khazar" markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib.

 

O daha sonra "Khazar" markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.