Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı iki nəfəri öldürdü - FOTO

2020/01/21/1579621758_1579612412_1579611162644_cn7vcvvh.jpeg

KRİMİNAL

686

21.01.2020, 19:27


Rusiyanın Bryansk şəhərində azərbaycanlı sürücü dəhşətli qəza törədib.

Oxu24.com -un “Bryansk Tele-Radio Kanalı”na istinadən verdiyi məlumata görə, hadisə şəhərin Aeropark küçəsində baş verib. Nəcib N. adlı 19 yaşlı azərbaycanlı idarə etdiyi “Toyota Camry” markalı avtomobillə qarşı yola çıxaraq, “Skoda” markalı avtomobillə toqquşub. Nəticədə “Skoda”nın 26 yaşlı sürücüsü hadisə yerində keçinib. 39 yaşlı sərnişin isə ağır xəsarətlər alıb xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nəcibin ailəsinin bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu bildirilir.