Azərbaycanda dəhşət: Evə daxil olan kişi azyaşlı qızları...
28 Yanvar 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1913
21.01.2020, 14:12
Füzuli rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Samir Vəliyevin (ad və soyadlar şərti verilib – red.) məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə Füzuli rayonunun Zobucuq qəsəbəsində olub.
Samir Vəliyev atla örüş sahəsindən yaşadığı qəsəbədəki evinə gəlib. Atı tövlədə bağladıqdan sonra evə yaxınlaşarkən tanımadığı bir şəxsin evə tərəf qaçdığını görüb. O, evdə yad adamı axtarmağa başlayıb.
Evə bitişik yardımçı binaya baxarkən bir kişinin küncdə gizləndiyini görüb. İşıq yanmadığından onu tanıya bilməyib və həmin vaxt ailə üzvlərindən evdə tək olan bacısı Mehribandan yardımçı binadakı şəxsin kimliyini, həyətə gəlməsinin səbəbini soruşub.
Mehriban həmin şəxsin qonşu Sahib Əhmədovun olduğunu, bir qədər əvvəl yaxınlaşaraq onu sevdiyini və razılıq verdiyi halda elçi göndərmək istədiyini deyib.
Bu sözləri eşitdikdə Samir Sahibə xəsarət yetirmək məqsədilə həyətdə stolun üzərində olan bıçağı götürüb və yardımçı binaya girib.
Samir Sahibin qarın nahiyəsinə bıçaqla zərbə vuraraq ona xəsarət yetirib. Yaralı vaxtında xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Həmçinin oxuyun
İstintaq orqanı tərəfindən Samir Vəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Samir Vəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Vəliyevin şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Samir Vəliyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Samir Vəliyevin şikayəti təmin olunmayıb.
03:57 / 29 Yanvar 2026
30
02:14 / 29 Yanvar 2026
76
02:12 / 29 Yanvar 2026
63
02:11 / 29 Yanvar 2026
71
02:08 / 29 Yanvar 2026
83
02:06 / 29 Yanvar 2026
56
02:02 / 29 Yanvar 2026
251
01:53 / 29 Yanvar 2026
74
01:46 / 29 Yanvar 2026
84
01:42 / 29 Yanvar 2026
104
01:33 / 29 Yanvar 2026
72
01:30 / 29 Yanvar 2026
52
01:23 / 29 Yanvar 2026
66
01:16 / 29 Yanvar 2026
282
01:13 / 29 Yanvar 2026
72
01:09 / 29 Yanvar 2026
67
00:54 / 29 Yanvar 2026
616
00:54 / 29 Yanvar 2026
81
00:38 / 29 Yanvar 2026
62
00:27 / 29 Yanvar 2026
116
00:24 / 29 Yanvar 2026
72
00:12 / 29 Yanvar 2026
211
00:02 / 29 Yanvar 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.