Azərbaycanda dəhşət: Evə daxil olan kişi azyaşlı qızları...
28 Yanvar 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2148
21.01.2020, 11:17
Yanvarın 12- si Lənkəran şəhəri, Vidadi küçəsi, ev 315 ünvanında yaşayan 1986- cı il təvəllüdlü Quliyeva Gülnarın yaşadığı ünvana qonşusu basqın edib. Hadisə nəticəsində onu və oğlunu döyüblər.
Oxu24.com Sonxeber.az -a istinadən xəbər verir ki, hadisə haqqında saytımıza danışan şikayətçi Gülnar xanım ayın 12- si, gecə saat 1 radələrində oğlunun yuyunmaq üçün hamama girdiyini və hadisənin elə bunda sonra yaşandığını bildirib:
" Oğlum yuyunmaq üçün hamama girdi. İsti su gəlmədi. Uşaq hamamdan suyun gəlmədiyinə görə səsləndi. Su qızdırıcı aşağıda, birinci mərtəbədə yerləşdiyi üçün mən həyətə düşüb qazın gəlib-gəlməməsini yoxlamaq istədim. Sonra qızımı çağırıb açarı götürməyini və qaz sayğacını açmaq üçün mənimlə birgə küçəyə çıxmasını dedim. Mən qapıya yaxınlaşanda işıq da sondü. Telefon mağazasında işlədiyimə görə iş telefonu əlimdəydi. İşığı yandırıb qaz sayğacına yaxınlaşanda hasar qonşumu gördüm. Yəni Bəxtiyar və iki oğlu Hafiz və Bəxtiyar küçədə idilər. Elə bu vaxt onlar "hamama kişi salmısan" deyərək üzərimə hücum çəkdirlər".
Şikayətçi bildirir ki, qonşuları ona hücum edəndə oğlu hamamdan sabunlu-sabunlu çıxaraq köməyə gəlib. Bu zaman ata və oğulları qadının oğlunun başından sıxaraq, əyib başına vurublar:
"Mənim də başıma, üzümə və dodağıma yumruqla vurdular. Bəxtiyarın həyat yoldaşı da kənardan izləyirdi. Həmin evdə kirayə qalıram, ev yiyəsi Rusiyada yaşayır. Hücum çəkilən zaman mən "whatsapp" videozəngi ilə ev sahibini görüntülü yığdım. Həmin an Bəxtiyar zorla telefonu əlimdən alıb öz gödəkcəsində gizlətdi".
Şikayətçi hadisənin qəsdən quraşdırılaraq törədildiyini bildirib.
Həmçinin oxuyun
Qadının dediyinə görə qonşuları bəhanə ilə ona "səs gəlir bizi narahat edir, hamama saldığın özgə kişidir" deyərək şər atıb. Zərər çəkmiş qadın hadisəni bəhanə kimi dəyərləndirib. Qadın bəlkə də qonşularının evin sahibi ilə və yaxud da hansısa münaqişə zəminində belə hərəkət etiyini açıqlayıb:
"Qazı söndürdülər ki, mən küçəyə çıxım, məni döysünlər. Məni hətta evi yandırmaqla hədələdilər. Uşaqların səs -küy edən uşaqlar deyil. Hamısı bəhanələrdir".
Polisə müraciət etdiyini deyən zərərçəkən qadın, 1 ay tamam olandan sonra işə baxılacaqlarını bildirib. Zərərçəkən qadın əlindən alınan telefonda isə içərisində böyük məbləğdə sənədlərin olduğunu açıqlayıb.
Günün təklif olunan videosu:
03:57 / 29 Yanvar 2026
30
02:14 / 29 Yanvar 2026
76
02:12 / 29 Yanvar 2026
63
02:11 / 29 Yanvar 2026
71
02:08 / 29 Yanvar 2026
83
02:06 / 29 Yanvar 2026
56
02:02 / 29 Yanvar 2026
251
01:53 / 29 Yanvar 2026
74
01:46 / 29 Yanvar 2026
84
01:42 / 29 Yanvar 2026
104
01:33 / 29 Yanvar 2026
72
01:30 / 29 Yanvar 2026
52
01:23 / 29 Yanvar 2026
66
01:16 / 29 Yanvar 2026
282
01:13 / 29 Yanvar 2026
72
01:09 / 29 Yanvar 2026
67
00:54 / 29 Yanvar 2026
616
00:54 / 29 Yanvar 2026
81
00:38 / 29 Yanvar 2026
62
00:27 / 29 Yanvar 2026
116
00:24 / 29 Yanvar 2026
72
00:12 / 29 Yanvar 2026
211
00:02 / 29 Yanvar 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.