Qaynar xətt:

(+99450) 247 90 86

Təhlükəsizlik Xidmətinin sabiq direktoru güllələnərək qətlə yetirilib

Təhlükəsizlik Xidmətinin sabiq direktoru güllələnərək qətlə yetirilib

KRİMİNAL

527

17.01.2020, 15:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan qətlə yetirilib.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib. 

G. Kutoyanın güllələnmiş meyiti Yerevanda yerləşən mənzildə tapılıb.

 

Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.