Azərbaycanda dəhşət: Evə daxil olan kişi azyaşlı qızları...
28 Yanvar 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1217
17.01.2020, 15:17
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Cəlilabad RPŞ-yə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın, Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Polis əməkdaşları saxlanılan şəxsin ətrafında əməliyyat tədbiri həyata keçirən zaman müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.
Qeyd edək ki, M.Məmmədova bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroini və metamfetaminin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu “Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə göndərib. Polis əməkdaşları tərəfindən A.Naderi də saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsində etdiyi cinayəti etirf edib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin və narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində Cəlilabad RPŞ əməkdaşlarını tərəfindən tədbirlər davam etdirilən zaman “Maqsud” adlı şəxsin M.Məmmədova yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olmuşdur. Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayevi də tutularaq istintaqa təqdim ediliblər.
Qeyd edək ki, H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. H.Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib. Polislərin gördükləri tədbir nəticəsində onların qaçmasına imkan verilməyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun



23:00 / 28 Yanvar 2026
26
22:53 / 28 Yanvar 2026
23
22:47 / 28 Yanvar 2026
121
22:39 / 28 Yanvar 2026
42
22:27 / 28 Yanvar 2026
52
22:22 / 28 Yanvar 2026
41
22:19 / 28 Yanvar 2026
59
22:16 / 28 Yanvar 2026
30
22:10 / 28 Yanvar 2026
112
22:10 / 28 Yanvar 2026
53
22:00 / 28 Yanvar 2026
36
21:56 / 28 Yanvar 2026
34
21:50 / 28 Yanvar 2026
50
21:31 / 28 Yanvar 2026
90
21:19 / 28 Yanvar 2026
69
21:00 / 28 Yanvar 2026
93
20:59 / 28 Yanvar 2026
935
20:53 / 28 Yanvar 2026
80
20:43 / 28 Yanvar 2026
128
20:28 / 28 Yanvar 2026
102
20:20 / 28 Yanvar 2026
95
20:14 / 28 Yanvar 2026
92
20:07 / 28 Yanvar 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.