Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
21 Noyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2293
17.01.2020, 08:50
Bakıda arvadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Vəli Babayevin (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Teleqraf.com-a istinadla xəbər verir ki, Vəli Babayev paytaxtın Səbail rayonunda yaşayıb və Mətanət Məlikova ilə ailə qurub. Sonradan onların arasında ailə-məişət zəminində mübahisə yaranıb və məhkəmə qaydasında rəsmi nikahlarına son qoyulub. Buna baxmayaraq Vəli Babayev nikahlarının pozulduğu vaxtdan (bu tarix 2011-ci ilə təsadüf edir – red.) 2017-ci ilin fevralınadək arvadının və birgə nikahdan doğulmuş qızlarının gündəlik tələbatını, qızının təhsili ilə əlaqədar bütün maddi ehtiyaclarını təmin etməyi və faktiki ər-arvad münasibətlərini davam etdirib. Bu hərəkətləri ilə Vəli Babayev Mətanəti maddi və digər ehtiyaclardan özündən asılı vəziyyətdə saxlayıb. O, həmin ilin mayından etibarən Mətanəti mütəmadi olaraq döyüb, ona qarşı amansız rəftar edib, nalayiq ifadələrlə təhqir edib. Sərxoş vəziyyətdə hər dəfə evə gələrək Mətanəti məsxərəyə qoyub, tez-tez birgə nikahdan doğulmuş qızlarının atasının başqa şəxs olması kimi fikirlər səsləndirib. Bununla kifayətlənməyən Vəli Babayev Mətanətə maddi və sair yardımdan məhrum edəcəyi, yaşadıqları evdən qovacağı ilə hədə-qorxu gəlib.
Keçmiş ərinin bu hərəkətlərindən emosional gərginlik halı keçirən Mətanət avqustun 28-də, gecə saat 2 radələrində yaşadığı Səbail rayon, Y.Bədəlov küçəsində evin hamam otağında özünü öldürmək məqsədilə bıçaqla döş qəfəsinə zərbələr yetirib, ülgüclə sol mil-bilək oynağının ön səthini kəsib. Bundan başqa, Mətanət sentyabrın 1-də, saat 10 radələrində yaşadığı evin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib. İstintaq araşdırması zamanı Mətanət Məlikovanın intihar etməsində keçmiş əri Vəli Babayev təqsirli bilinib. İstintaq orqanı tərəfindən Vəli Babayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Vəli Babayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il 9 ay müddətinə şərti cəza təyin olunub. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vəli Babayevin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin zərərçəkmiş də eyni tələblə apelyasiya instansiyası məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxsin müdafiəçisi də apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlinin sübuta yetirilmədiyini, onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi şikayət təmin olunmayıb. Bu qərardan narazı qalan Vəli Babayevin vəkili kasasiya şikayəti verib. Vəkil kasasiya şikayətində də cinayət işinə xitam verilməsini istəyib. Prokuror da kasasiya protesti verib. O, kasasiya protestində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokurorun protestinin, təqsirləndirilən şəxsin vəkilinin verdiyi şikayətin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Məhkəmə tərəflərin kasasiya şikayətlərini təmin etməyib.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.