Tanınmış şəxsin qızı HƏBS OLUNDU
28 Yanvar 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
984
16.01.2020, 16:58
zərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Oxu24.com- a verilən məlumata görə, Agentliyin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.
Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.
“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.
Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.
Həmçinin oxuyun
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.
Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim market” şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
19:36 / 28 Yanvar 2026
1
19:30 / 28 Yanvar 2026
16
19:24 / 28 Yanvar 2026
95
19:20 / 28 Yanvar 2026
33
19:14 / 28 Yanvar 2026
33
19:10 / 28 Yanvar 2026
680
18:40 / 28 Yanvar 2026
51
18:35 / 28 Yanvar 2026
67
18:27 / 28 Yanvar 2026
724
18:23 / 28 Yanvar 2026
75
18:15 / 28 Yanvar 2026
60
17:54 / 28 Yanvar 2026
126
17:50 / 28 Yanvar 2026
387
17:39 / 28 Yanvar 2026
86
17:13 / 28 Yanvar 2026
89
16:21 / 28 Yanvar 2026
76
15:15 / 28 Yanvar 2026
157
14:58 / 28 Yanvar 2026
102
14:29 / 28 Yanvar 2026
797
14:15 / 28 Yanvar 2026
2718
14:07 / 28 Yanvar 2026
656
14:04 / 28 Yanvar 2026
158
14:01 / 28 Yanvar 2026
465
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.