Tanınmış şəxsin qızı HƏBS OLUNDU
28 Yanvar 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
576
16.01.2020, 14:47
Daxili İşlər Nazirliyi erməni əsirliyində olan Dilqəm Əsgərovun silahının müsadirə olunması ilə bağlı məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu24.com-a açıqlamasında bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:
Həmçinin oxuyun
“Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək, atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izaha olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq, K.Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsəgərov əsirlikdən azad olunduqdan sonra özünə qaytarıla bilər”.
“Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”,- deyə E.Qasımov qeyd edib.
19:30 / 28 Yanvar 2026
10
19:24 / 28 Yanvar 2026
84
19:20 / 28 Yanvar 2026
29
19:14 / 28 Yanvar 2026
30
19:10 / 28 Yanvar 2026
622
18:40 / 28 Yanvar 2026
50
18:35 / 28 Yanvar 2026
67
18:27 / 28 Yanvar 2026
707
18:23 / 28 Yanvar 2026
74
18:15 / 28 Yanvar 2026
59
17:54 / 28 Yanvar 2026
122
17:50 / 28 Yanvar 2026
382
17:39 / 28 Yanvar 2026
85
17:13 / 28 Yanvar 2026
89
16:21 / 28 Yanvar 2026
76
15:15 / 28 Yanvar 2026
156
14:58 / 28 Yanvar 2026
102
14:29 / 28 Yanvar 2026
796
14:15 / 28 Yanvar 2026
2712
14:07 / 28 Yanvar 2026
656
14:04 / 28 Yanvar 2026
157
14:01 / 28 Yanvar 2026
465
13:57 / 28 Yanvar 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.