Tanınmış şəxsin qızı HƏBS OLUNDU
28 Yanvar 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3082
16.01.2020, 14:27
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstəyə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib. Tədbir nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.
Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilib ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.
Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




19:36 / 28 Yanvar 2026
1
19:30 / 28 Yanvar 2026
16
19:24 / 28 Yanvar 2026
95
19:20 / 28 Yanvar 2026
33
19:14 / 28 Yanvar 2026
33
19:10 / 28 Yanvar 2026
680
18:40 / 28 Yanvar 2026
51
18:35 / 28 Yanvar 2026
67
18:27 / 28 Yanvar 2026
724
18:23 / 28 Yanvar 2026
75
18:15 / 28 Yanvar 2026
60
17:54 / 28 Yanvar 2026
126
17:50 / 28 Yanvar 2026
387
17:39 / 28 Yanvar 2026
86
17:13 / 28 Yanvar 2026
89
16:21 / 28 Yanvar 2026
76
15:15 / 28 Yanvar 2026
157
14:58 / 28 Yanvar 2026
102
14:29 / 28 Yanvar 2026
797
14:15 / 28 Yanvar 2026
2718
14:07 / 28 Yanvar 2026
656
14:04 / 28 Yanvar 2026
158
14:01 / 28 Yanvar 2026
465
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.