Qaynar xətt:

(+99450) 247 90 86

Elmar Vəliyevi güllələyənlərin məhkəməsində gərginlik: Yunus Səfərova xəbərdarlıq

2020/01/16/1579167134_yunis-sefereov.jpg

KRİMİNAL

1284

16.01.2020, 13:30

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərov, Ceyhun Salahov, Hamlet Abdullayev, Rasim Mustafayev, Cəfər Zalov, Vüqar Məmmədov, Akif Əliyev, Firudin Zeynalov, Ceyhun Qurbanov, Anar Bağırov, Ağa Sərxani və Əziz Mahirin cinayət işi üzrə məhkəməsi prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya tərəfindən keçirilən prosesdə vəkil Bəxtiyar Hacıyev Yunis Səfərovun müdafiəsinə qoşulduğu elan edilib.

Daha sonra vəkillər prosesin auido və video çəkilişlə aparılması ilə bağlı vəsatət veriblər.

 

Məhkəmə vəsatəti təmin etməyib.

Buna Yunis Səfərov etiraz edib və prosesdə səs-küy salıb. Hakim isə ona xəbardarlıq edib.

Yunis Səfərova dövlət hesabına təyin edilən vəkili Elman Ağayev özü-özünə etiraz verib. Hakim isə vəkilin etirazını qəbul etməyib.

Daha sonra digər vəkillər hakimlərə etiraz ediblər. Onlar məhkəməyə etirazla bağlı vəsatət vermək üçün məhkəmədən vaxt istəyiblər.

Sonra Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev işlə tanış olmadığını və işlə tanış olması üçün ona vaxt verilməsini istəyib.

Bu səbəbdən proses fevralın 17-dək təxirə salınıb.