Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisədə ölən şəxs nazirlik əməkdaşıdır – TƏFƏRRÜAT

Bakıda dəhşətli hadisədə ölən şəxs nazirlik əməkdaşıdır – TƏFƏRRÜAT

KRİMİNAL

507

16.01.2020, 11:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olması məlum olub.

Publika.az xəbər verir ki, qəsəbədə yerləşən "Rəşad" yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb.

Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.