Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI
27 Yanvar 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
611
13.01.2020, 12:46
Saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Baş Sumqayıt Xətt Polis Bölməsi əməkdaşları tərəfindən saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əskinası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı qeyd edilən saxta əskinaslar aşkar olunaraq götürülüb. H.Heydərovun ətrafına keçirilən əlavə tədbirlərlə onun saxta əskinasları tanışı paytaxt sakini əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub.P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak edib. P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar, həmçinin 1 ədəd “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. P.Məmmədov ifadəsində silah-sursatın və metamfetaminin ona məxsus olduğunu və saxta pulları H.Heydərovla birlikdə hazırladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.
Həmçinin oxuyun
Qeyd edək ki, saxlanılan hər iki şəxs cinayət törətməyə meyilli şəxslər kimi xarakterizə olunurlar. Heydər Heydərovun özünə “Topuş”, Pərviz Məmmədov isə “Paşa” ləqəbi götürərək müxtəlif qanunsuz pozuntuları və hüquqazidd əməllər törətdikləri ehtimal olunur. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

09:12 / 28 Yanvar 2026
1
01:58 / 28 Yanvar 2026
170
01:01 / 28 Yanvar 2026
93
00:26 / 28 Yanvar 2026
158
00:16 / 28 Yanvar 2026
140
23:50 / 27 Yanvar 2026
3104
23:49 / 27 Yanvar 2026
206
23:34 / 27 Yanvar 2026
508
23:19 / 27 Yanvar 2026
127
23:05 / 27 Yanvar 2026
402
23:00 / 27 Yanvar 2026
138
23:00 / 27 Yanvar 2026
210
22:35 / 27 Yanvar 2026
114
22:30 / 27 Yanvar 2026
178
22:15 / 27 Yanvar 2026
211
22:08 / 27 Yanvar 2026
1117
21:54 / 27 Yanvar 2026
165
21:48 / 27 Yanvar 2026
102
21:30 / 27 Yanvar 2026
189
21:18 / 27 Yanvar 2026
3101
21:10 / 27 Yanvar 2026
172
20:57 / 27 Yanvar 2026
116
20:49 / 27 Yanvar 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.