Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
20 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
51
20.11.2026, 11:03
Gəncədə xəstəxanada palata yoldaşını öldürməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törədib və cinayət məsuliyyətindən azad edilib. Onun barəsində “ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə” növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında Səhiyyə Nazirliyinin tabeliyindəki Gəncə Psixiatriya Xəstəxanasında baş verib.
İttihama görə, Zaur Mustafayev palata yoldaşı Miri İsmayılovu aldadaraq qolları arxadan bağlanmış vəziyyətdə çörək yeyə biləcəyini yoxlamaq istədiyini deyib. O, iki gün əvvəl palatadakı çarpayıların üzərindəki iki döşəyin kənarlarından götürdüyü ipdən kəndir kimi istifadə edərək Miri İsmayılovun əl-qolunu bağlayıb və onu çarpayıya uzadıb.
Daha sonra Zaur Mustafayev Miri İsmayılovu kəndirlə boğaraq öldürüb.
Zaur Mustafayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
11:01 / 20 Noyabr 2026
15
10:49 / 20 Noyabr 2026
46
10:40 / 20 Noyabr 2026
50
10:20 / 20 Noyabr 2026
68
10:20 / 20 Noyabr 2026
59
10:16 / 20 Noyabr 2026
76
10:10 / 20 Noyabr 2026
104
10:10 / 20 Noyabr 2026
69
10:03 / 20 Noyabr 2026
256
10:00 / 20 Noyabr 2026
126
10:00 / 20 Noyabr 2026
99
09:51 / 20 Noyabr 2026
79
09:46 / 20 Noyabr 2026
83
09:41 / 20 Noyabr 2026
85
09:34 / 20 Noyabr 2026
106
09:31 / 20 Noyabr 2026
685
09:26 / 20 Noyabr 2026
84
09:14 / 20 Noyabr 2026
94
09:01 / 20 Noyabr 2026
72
08:37 / 20 Noyabr 2026
70
23:55 / 19 Noyabr 2026
190
23:26 / 19 Noyabr 2026
227
23:22 / 19 Noyabr 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.