Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib
06 Noyabr 2026, 16:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
66
07.11.2026, 00:06
Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən biri Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məhkəmədə ifadə verənlərdən biri isə Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun sabiq rəisi, cinayət işi üzrə ittiham olunanlardan biri Fərid Usubov olub.
Fərid Usubov Fariz Məhərrəmovu tanımadığını vurğulayıb:
"Mən limanda post rəisi işləmişəm. İşim gələn yüklərin rəsmiləşdirilməsi və bölgüsü idi. Aprelin 24-də konteynerlərin gəmi ilə yüklənib yola salınmasından xəbərim olmayıb. Mənə yanlış məlumat verilə bilərdi, amma o vaxta kimi belə hallarla qarşılaşmamışdım".
Siqaret qaçaqmalçılığı işi üzrə təqsirləndirilənlərdən biri olan Rövşən Tarverdiyev də Fariz Məhərəmovu tanımadığını, iş üzrə sözügedən 6-7 sotluq açıq sahəni anbar kimi istifadə etdiyini bildirib.
Şahid bildirib ki, xidmət rəisi olub və Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirovun göstərişlərini icra edib:
"Rəşad Daşdəmirov mənə dedi ki, cinayət məsuliyyətinə cəlb olunsam, narahat olmayım, məsələni həll edəcəklər. Hətta 150 minlik kreditimi ödəyəcəyini vəd etmişdi."
Prosesdə dövlət ittihamçısı Zaur Həşimovun ibtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildirib və onun əvvəlki ifadəsi elan olunub.
İfadədə Z.Həşimov gəmidə yükün gəldiyini əvvəldən bildiyini, Rəşad Daşdəmirovun və digər məsul şəxslərin tapşırıqları ilə hərəkət etdiyini etiraf edib.
Məhkəmənin növbəti prosesi 27 noyabrda keçiriləcək.
Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onunla bağlı cinayət işi ayrıca icraata verilib.
Fariz Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
00:23 / 07 Noyabr 2026
1
00:10 / 07 Noyabr 2026
78
23:59 / 06 Noyabr 2026
188
23:42 / 06 Noyabr 2026
157
23:37 / 06 Noyabr 2026
104
23:32 / 06 Noyabr 2026
83
23:28 / 06 Noyabr 2026
129
23:21 / 06 Noyabr 2026
90
23:17 / 06 Noyabr 2026
84
23:11 / 06 Noyabr 2026
78
23:00 / 06 Noyabr 2026
90
22:55 / 06 Noyabr 2026
89
22:48 / 06 Noyabr 2026
477
22:42 / 06 Noyabr 2026
84
22:38 / 06 Noyabr 2026
217
22:32 / 06 Noyabr 2026
91
22:26 / 06 Noyabr 2026
90
22:16 / 06 Noyabr 2026
79
22:05 / 06 Noyabr 2026
611
22:01 / 06 Noyabr 2026
134
21:59 / 06 Noyabr 2026
194
21:54 / 06 Noyabr 2026
179
21:44 / 06 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.