Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarət alıb 

Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarət alıb 

KRİMİNAL

87

10.06.2026, 23:37

Gəncədə kütləvi dava olub.

Oxu24.com-un məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki 2000-ci il təvəllüdlü T. Fərzəliyev, 2001-ci il təvəllüdlü M. Xəlilov, 2003-cü il təvəllüdlü S. Nəzərov, 2005-ci il təvəllüdlü Z. Nəzərov, 2006-cı il təvəllüdü E. Nəzərov, 1990-cı il təvəllüdlü E. Nəzərov və 1991-ci il təvəllüdlü S. Nəzərov döyülmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal xəsarət alan şəxslərə yardım edilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə tanışlar arasında dava düşüb. Davaya səbəb isə avtomobildə musiqiyə yüksək səs vermək olub.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.