COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma
10 Noyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
624
10.06.2026, 22:49
Müasir dövrdə vizual yüklənmənin artması ilə əlaqədar bir çoxlarımız gözlərdə yaranan yorğunluq, yanma və ya zaman-zaman baş verən yüngül dumanlanmaları adi hal hesab edirik. Lakin elə simptomlar var ki, onlara qarşı saniyələr belə həlledici rol oynayır. Bunlardan ən təhlükəlisi və təcili tibbi müdaxilə tələb edəni fərdin heç bir ilkin əlamət olmadan, birdən-birə bulanlıq görməyə başlamasıdır. İnsanlar çox vaxt bu vəziyyəti keçici yorğunluq, yuxusuzluq və ya qan təzyiqinin ani oynaması ilə əlaqələndirib zaman itirirlər. Halbuki, qəfil görmə dumanlanması və ya itkisi pərdəarxasında geri dönüşü olmayan ciddi patologiyaların gizləndiyinə işarə edir.
Mövzuyla bağlı oftalmoloq, Dr.Benjamin Kərimov Oxu24.com-a açıqlamasında bildirib ki, birdən-birə bulanlıq görməyə başlamağın bir neçə ciddi səbəbi var. Bunlardan ən təhlükəli olanı torlu qişanın qopmasıdır:
“Torlu qişa (retina) gözün elə bir toxumasıdır ki, biz məhz onun hesabına ətrafı görürük. Bu qişa gözün divarından qidalanır. Əgər torlu qişa göz divarından qoparsa, onun qidalanması dərhal pozulur. Nəticədə insanda qısa bir müddət ərzində görmə tamamilə itə bilər”.
Dr. Benjamin Kərimovun sözlərinə görə, digər bir ciddi səbəb göz daxilini qidalandıran damarların birdən-birə tutulmasıdır. Bura mərkəzi arteriyanın və mərkəzi venanın tutulması daxildir:
“Mərkəzi arteriya tutulduqda görmə qabiliyyəti dərhal itir. Mərkəzi vena tutulduqda görmə funksiyası bir neçə gün ərzində tədricən zəifləməyə başlayır”.
Kimlər risk qrupundadır?
Oftalmoloq qeyd edir ki, bu cür ciddi göz problemləri hər kəsdə yarana bilsə də, bəzi insanlar daha böyük risk altındadırlar:
“Yüksək təzyiqdən əziyyət çəkən insanlarda göz dibi damarlarının tutulma ehtimalı olduqca böyükdür. Yüksək miopiyası olan insanlarda isə torlu qişanın cırılma və qopma riski çox yüksəkdir”.
Gözdə qəfil bulanma və ya "pərdə gəlməsi" hissi yarandıqda ilk 24 saat həlledici rol oynayır. Tibbi statistikaya görə, damar tutulmaları və ya torlu qişa problemləri zamanı vaxtında müdaxilə edilmədikdə, itirilmiş görmə qabiliyyətini geri qaytarmaq demək olar ki, qeyri-mümkün olur.
Qəfil bulanma zamanı nə etməli?
1.Təcili həkimə müraciət edin: “Keçib gedər" deyə gözləmək korluğa səbəb ola bilər.
2.Gözlərinizi ovuşdurmayın: Əgər problem torlu qişanın cırılmasıdırsa, gözü sıxmaq və ovuşdurmaq qopma sahəsini daha da böyüdə bilər.
3.Təzyiqinizi yoxlayın: Əgər yüksək təzyiqiniz varsa, dərhal həkiminizin təyin etdiyi təzyiqsalıcı preparatları qəbul edin.
Unutmayın ki, gözlərdə yaranan qəfil dəyişikliklər təkcə gözün yox, bütövlükdə ürək-damar sisteminin siqnalı ola bilər. Sağlamlığınıza laqeyd yanaşmayın!
Hazırladı: Çimnaz Ağayeva
21:51 / 10 Noyabr 2026
1
21:49 / 10 Noyabr 2026
15
21:44 / 10 Noyabr 2026
29
21:40 / 10 Noyabr 2026
37
21:33 / 10 Noyabr 2026
18536
21:19 / 10 Noyabr 2026
79
21:12 / 10 Noyabr 2026
98
21:10 / 10 Noyabr 2026
257
20:56 / 10 Noyabr 2026
87
20:54 / 10 Noyabr 2026
285
20:46 / 10 Noyabr 2026
101
20:35 / 10 Noyabr 2026
118
20:17 / 10 Noyabr 2026
102
20:10 / 10 Noyabr 2026
1200
19:59 / 10 Noyabr 2026
109
19:58 / 10 Noyabr 2026
105
19:52 / 10 Noyabr 2026
112
19:52 / 10 Noyabr 2026
111
19:43 / 10 Noyabr 2026
117
19:40 / 10 Noyabr 2026
136
19:26 / 10 Noyabr 2026
119
19:20 / 10 Noyabr 2026
689
19:06 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.