COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma
10 Noyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
591
10.06.2026, 21:57
Hamiləlik və südvermə dövrü istisna olmaqla süd vəzisindən ifrazatın müşahidə olunması qadınlarda narahatlıq yaradan və mütləq şəkildə diqqət tələb edən hallardan biridir. Normal fizioloji vəziyyətdə süd ifrazı yalnız hamiləlik zamanı və doğuşdan sonra laktasiya dövründə baş verir. Bu dövrlərdən kənar süd vəzisindən ifrazat gəlməsi isə artıq orqanizmdə baş verən müxtəlif proseslərin göstəricisi ola bilər və səbəbinin dəqiqləşdirilməsi vacibdir.
Oxu24.com-a açıqlamasında Onkoloq-mammoloq İndira Səfərova bildirib ki, belə hallarda qadınların ən böyük səhvlərindən biri ətrafdan verilən qeyri-peşəkar məsləhətlərə inanmaqdır. Onun sözlərinə görə, “qohumda da olub keçib”, “stresdəndir, keçəcək” kimi yanaşmalar düzgün deyil və bu simptomun arxasında bəzən ciddi tibbi səbəblər dayana bilər.
İndira Səfərova qeyd edib ki, süd vəzisindən hamiləlik olmadan ifrazatın yaranması bir sıra hallarla əlaqəli ola bilər. Bunlara hormonal balansın pozulması, xüsusilə prolaktin hormonunun artması, güclü emosional stres, abortdan sonra orqanizmdə baş verən dəyişikliklər, bəzi dərman preparatlarının qəbulu və endokrin sistemdə yaranan disbalans aid edilə bilər. Eyni zamanda süd vəzisində və ya ətraf toxumalarda baş verən iltihabi proseslər də bu tip ifrazatlara səbəb ola bilər.
Mütəxəssis bildirir ki, bəzi hallarda problem daha ciddi patologiyalarla əlaqəli ola bilər. Xüsusilə hipofiz vəzində yaranan adenoma kimi hormonal aktiv şişlər prolaktin hormonunun səviyyəsini artıraraq süd vəzisindən qeyri-normal ifrazata gətirib çıxara bilər. Bu cür hallarda yalnız simptomatik yanaşma kifayət etmir, əsas səbəbin tapılması və kompleks müayinə aparılması zəruridir.
Onkoloq-mammoloq vurğulayır ki, süd vəzisindən ifrazatın rəngi, miqdarı və davamlılığı da diaqnostik baxımdan əhəmiyyət daşıyır. Bəzi ifrazatlar hormonal səbəblərlə bağlı ola bilsə də, qan qarışıqlı, tək tərəfli və davamlı ifrazatlar daha ciddi patologiyaların göstəricisi ola bilər və mütləq şəkildə həkim nəzarəti tələb edir.
İndira Səfərova əlavə edib ki, bu cür şikayətlər olduqda qadınlar vaxt itirmədən müayinəyə getməlidirlər. Erkən mərhələdə aparılan diaqnostika həm xəstəliyin səbəbini dəqiqləşdirməyə, həm də daha ciddi fəsadların qarşısını almağa imkan verir. Onun sözlərinə görə, gecikmiş müraciətlər bəzi hallarda müalicə prosesini çətinləşdirə bilər.
Sonda o qeyd edib ki, süd vəzisindən hamiləlik olmadan ifrazat heç vaxt adi hal kimi qəbul edilməməlidir və hər bir qadın bu əlamətə ciddi yanaşmalı, özbaşına müalicədən çəkinməlidir.
21:55 / 10 Noyabr 2026
45
21:51 / 10 Noyabr 2026
30
21:49 / 10 Noyabr 2026
35
21:46 / 10 Noyabr 2026
14
21:44 / 10 Noyabr 2026
39
21:40 / 10 Noyabr 2026
45
21:33 / 10 Noyabr 2026
18561
21:19 / 10 Noyabr 2026
82
21:12 / 10 Noyabr 2026
102
21:10 / 10 Noyabr 2026
273
20:56 / 10 Noyabr 2026
90
20:54 / 10 Noyabr 2026
316
20:46 / 10 Noyabr 2026
103
20:35 / 10 Noyabr 2026
118
20:17 / 10 Noyabr 2026
104
20:10 / 10 Noyabr 2026
1238
19:59 / 10 Noyabr 2026
110
19:58 / 10 Noyabr 2026
106
19:52 / 10 Noyabr 2026
113
19:52 / 10 Noyabr 2026
111
19:43 / 10 Noyabr 2026
117
19:40 / 10 Noyabr 2026
136
19:26 / 10 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.