Meloni İlham Əliyevə bu qərarına görə təşəkkür edib
28 Sentyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
647
10.06.2026, 23:02
2026-cı ilin may ayı qlobal miqyasda müşahidə tarixinin ikinci ən isti mayı kimi qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, Avropada yaşanan rekord istilər və okean sularının yüksək temperaturu yaxın illərdə daha ekstremal hava hadisələrinin baş verəcəyindən xəbər verir.
Oxu24.com xəbər verir ki, bu barədə Avropa İttifaqının İqlim Dəyişiklikləri Xidməti -Copernicus (C3S) məlumat yayıb. Hesabata əsasən, may ayında Yer səthində orta temperatur 15,81 dərəcə selsi təşkil edib ki, bu da müşahidələr tarixində ikinci ən yüksək göstəricidir. Rekord yalnız 2024-cü ilin may ayında qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, ayın ikinci yarısında Qərbi Avropada müşahidə olunan erkən və güclü istilik dalğası bir sıra ölkələrdə temperatur rekordlarının yenilənməsinə səbəb olub. Xüsusilə Böyük Britaniya, Fransa, İrlandiya və Portuqaliyada may ayı üçün görünməmiş istilər qeydə alınıb.
Məlumata görə, mayın son ongünlüyündə yaranan yüksək təzyiq sistemi – “istilik qübbəsi” Şimali Afrikadan gələn isti hava axınlarını Avropa üzərində saxlayaraq temperaturun kəskin yüksəlməsinə gətirib çıxarıb. Bəzi ərazilərdə hiss olunan temperatur 35-40 dərəcəyə qədər yüksəlib.
Alimlər bildirirlər ki, narahatlıq doğuran məqamlardan biri də temperatur dəyişikliklərinin çox sürətli baş verməsidir. Ayın əvvəlində normadan sərin hava şəraiti hökm sürsə də, qısa müddət ərzində rekord istilər müşahidə olunub. Bu isə insanların sağlamlığına, kənd təsərrüfatına və təbii ekosistemlərə əlavə təzyiq yaradır.
Hesabatda qeyd olunur ki, dünya okeanlarının səth temperaturu da may ayında tarixdə ikinci ən yüksək səviyyəyə çatıb. Tropik Sakit okeanda suyun temperaturunun yüksək qalması isə yeni El-Niño hadisəsinin formalaşması ehtimalını artırır. İqlim mütəxəssisləri hesab edirlər ki, El-Nino qlobal istiləşmənin təsirlərini daha da gücləndirə və yaxın illərdə yeni temperatur rekordlarına səbəb ola bilər.
Ekspertlər vurğulayırlar ki, Avropada may ayında belə güclü istilik dalğalarının baş verməsi artıq nadir hadisə deyil. Onların fikrincə, iqlim dəyişiklikləri nəticəsində ekstremal hava hadisələri getdikcə daha tez-tez müşahidə olunur və əvvəllər istisna sayılan hallar tədricən “yeni norma”ya çevrilir.
Bununla yanaşı, iqlimşünaslar xəbərdarlıq edirlər ki, qarşıdakı illərdə istilik dalğaları, quraqlıqlar, güclü yağışlar və daşqınlar kimi ekstremal hava hadisələrinin daha intensiv və daha uzunmüddətli olması ehtimalı artı.\\Sfera.az
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.