Bir evdən iki meyit tapıldı - Təfərrüat
12 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
652
28.04.2026, 15:22
12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.
Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün öncə iş üzrə zərərçəkmiş-fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.
Əsas məhkəmə prosesi prokurorun ittihamı elan etməsi ilə başlayıb. İttihamdan məlum olub ki, İntiqam Səfərəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluqdan başqa cinayətlərdə də təqsirləndirilir.
Burada söhbət insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə etmə və qiymətli kağızlar bazarında manipulyasiyadan gedir.
Bununla bağlı İntiqam Səfərəliyevə Cinayət Məcəlləsinin 202-2.2.2 (insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 203-1.2.2-ci (qiymətli kağızlar bazarında manipulyasiyalar-mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.
Bu maddələr əsasən birja, səhmlər, investisiya və maliyyə bazarı ilə bağlı cinayətlərə aiddir. İnsayder məlumatları bir şirkət və ya təşkilat haqqında geniş ictimaiyyətə məlum olmayan, lakin açıqlandığı təqdirdə həmin şirkətin qiymətli kağızlarının (səhmlərinin) qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq, daxili və gizli məlumatlardır.
Hakim təqsiri sübuta yetiriləcəyi halda müttəhimin 14 ilə kimi azadlıqdan məhrum edilə biləcəyini deyib.
İntiqam Səfərəliyev özü isə ittihamların heç birini qəbul etməyib. O, özünü heç bir epizod üzrə təqsirli bilmədiyi üçün istintaqın əvvəlində ifadə verməkdən də imtian edib.
Bu səbəbdən əvvəlcə zərərçəkmiş və şahidlərin dindirilməsi qərara alınıb.
Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.