Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto
29 Sentyabr 2026, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
706
26.04.2026, 17:08
Gürcüstanın paytaxtı Tiflisdə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.
Oxu24.com Oxu.az-a istinadla xəbər verir ki, iki gün əvvəl Tiflisin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb.
İttiham tərəfinin versiyasına görə, hadisəni törətməkdə təqsirləndirilən İveri Eliava qurbanı ilə əvvəlcədən tanış olmayıb, onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib.
Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxs qumar asılılığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə İ.Quliyevanı öldürmək qərarına gəlib.
İstintaq materiallarına əsasən, İ.Eliava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.
İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən İ.Eliava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Buaçidzenin sözlərinə görə, hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti "tamah məqsədilə adam öldürmə" kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir.
Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı İ.Quliyeva orada kirayə mənzildə qalırmış.
22:28 / 29 Sentyabr 2026
26
22:28 / 29 Sentyabr 2026
132
22:24 / 29 Sentyabr 2026
34
22:09 / 29 Sentyabr 2026
47
22:09 / 29 Sentyabr 2026
62
21:58 / 29 Sentyabr 2026
76
21:45 / 29 Sentyabr 2026
55
21:36 / 29 Sentyabr 2026
68
21:26 / 29 Sentyabr 2026
57
20:56 / 29 Sentyabr 2026
295
20:53 / 29 Sentyabr 2026
72
20:48 / 29 Sentyabr 2026
665
20:46 / 29 Sentyabr 2026
67
20:38 / 29 Sentyabr 2026
85
20:33 / 29 Sentyabr 2026
76
20:27 / 29 Sentyabr 2026
65
20:25 / 29 Sentyabr 2026
80
20:23 / 29 Sentyabr 2026
63
20:14 / 29 Sentyabr 2026
53
20:09 / 29 Sentyabr 2026
62
19:52 / 29 Sentyabr 2026
63
19:49 / 29 Sentyabr 2026
83
19:37 / 29 Sentyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.