Xəzər rayonunda 36 kq narkotik aşkarlanıb
01 Oktyabr 2026, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
628
09.03.2026, 19:38
Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.
Oxu24.com "Teleqraf"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının "TikTok"da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.
Maraqlıdır ki, gənc oğlan qətldən öncə "ChatGPT" ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman "ChatGPT" ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.
Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıblar. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib.
Məhkəmədə K.Lətifovanın "TikTok"da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:
"Ümumiyyətlə, "TikTok"da mesaj bölməsində operativ cavab kimi üç "smayl" işarəsi var - ürək, gülüş və ağlamaq. Mən də həmin şəxsə bir dəfə ürək "smaylı" atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, "TikTok"da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm".
Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
12:48 / 01 Oktyabr 2026
43
12:46 / 01 Oktyabr 2026
41
12:14 / 01 Oktyabr 2026
61
11:44 / 01 Oktyabr 2026
54
11:34 / 01 Oktyabr 2026
67
11:22 / 01 Oktyabr 2026
58
11:12 / 01 Oktyabr 2026
61
10:54 / 01 Oktyabr 2026
60
10:49 / 01 Oktyabr 2026
92
10:43 / 01 Oktyabr 2026
65
10:41 / 01 Oktyabr 2026
489
10:39 / 01 Oktyabr 2026
60
10:31 / 01 Oktyabr 2026
67
10:25 / 01 Oktyabr 2026
74
10:18 / 01 Oktyabr 2026
54
10:09 / 01 Oktyabr 2026
70
10:05 / 01 Oktyabr 2026
247
09:51 / 01 Oktyabr 2026
1004
09:50 / 01 Oktyabr 2026
69
09:47 / 01 Oktyabr 2026
77
09:39 / 01 Oktyabr 2026
73
09:32 / 01 Oktyabr 2026
83
09:28 / 01 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.