Qaynar xətt:

(+99450) 247 90 86

Turist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

news/2026_01_29/turist_1769715119.jpg

KRİMİNAL

68

29.01.2026, 23:22

Xorvatiyadan olan turist Alp dağlarında təkbaşına yürüş zamanı faciəvi şəkildə həyatını itirib.

Oxu24.com  yazır ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumata görə, yanvarın 25-də gənc Xorvatiya vətəndaşı Bavariya ərazisində, Alp dağlarında yerləşən Vatsmann dağ massivinin 1304 metr hündürlüyündəki Qrünştayn zirvəsinə təkbaşına yürüşə çıxıb.

Turist geri qayıtmadıqda dostları narahat olaraq polisə müraciət ediblər. Hüquq-mühafizə orqanları dərhal dağ-xilasetmə xidmətini məlumatlandırıb. Xilasedicilər çətin relyefli ərazidə dronlar və axtarış itlərinin köməyi ilə axtarış aparıblar. Bir neçə saat sonra kişinin cəsədi qar altında tapılıb.

Araşdırma zamanı müəyyən edilib ki, turist lazımi avadanlıqla təmin olunmayıb. O, alpinist ləvazimatları olmadan dağa qalxıb və ehtiyatsızlıq nəticəsində yıxılaraq həlak olub.