SON DƏQİQƏ! Dağda itkin düşdü
18 May 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2718
29.01.2026, 21:47
Müəllimə Nurlana Məhərrəmova tərəfindən Oxu24.com saytına sensassion müraciət daxil olub.
1998-ci il təvəllüdlü Məhərrəmova Nurlanə Məmməd qızının bildirdiyinə görə, uzun müddətdir davam edən ailədaxili zorakılıq, psixoloji və fiziki təhdidlər, eləcə də bu səbəbdən yaranmış təhsil və əmək hüquqlarının kobud şəkildə pozulması ilə üz-üzə qalıb.Abşeron rayonu,Hökməli qəsəbə tam orta məktəbin keçmiş müəllimi olan Nurlana Məhərrəmovanın bildirdiyinə görə,ailəsində yaşanan problemlər səbəbindən işə gedə bilməyib və qanunsuz olaraq işdən azad olunub.
"Mən rəsmi nikahda Rzayev Samo Natiq oğlu ilə ailə qurmuşam və bu nikahdan iki azyaşlı övladımız var. Övladlarımdan kiçik qızımın eşitmə və danışma qabiliyyəti ciddi dərəcədə zəifdir. Buna baxmayaraq, ana olaraq bütün çətinliklərə dözərək onu məktəbə gətirib-aparmağa, cəmiyyətə inteqrasiya etdirməyə çalışmışam.
Lakin ailə mühitində bu uşağın təhsil alması üçün heç bir real şərait yaradılmadı, əksinə, davamlı zorakılıq və gərginlik hökm sürürdü. Rzayev Samo Natiq oğlu tərəfindən mənə mütəmadi şəkildə uşaqların gözü qarşısında fiziki və psixoloji zorakılıq olurdu, döyülüb, təhqir olunub, alçaldılırdım. Bu hallar uzunmüddətli, sistemli və ağır xarakter daşıyırdı.
Ən ağır məqam ondan ibarətdir ki, atam – Məhərrəmov Məmməd Əliyoldaş oğlu,anam – Məhərrəmova Zeynəb Hüseyn qızı,qardaşım – Məhərrəmov Nicat Məmməd oğlu baş verən bütün bu zorakılıqlardan xəbərdar olduqları halda, mənə heç bir insani, mənəvi və hüquqi dəstək göstərməyiblər, əksinə, məni açıq şəkildə qorxu altında saxlayırdılar.
Mən dəfələrlə atama yalvararaq bildirmişəm ki, artıq döyülməkdən, təhqir olunmaqdan fiziki və mənəvi cəhətdən tükənmişəm. Lakin cavab olaraq mənə bildirilib ki, boşanma halında öldürüləcəyəm, uşaqlarımdan məhrum ediləcəyəm, ailənin “namusu və qeyrəti” adı altında mənim həyatım təhlükə altına atılacaq. Bu təhdidlər açıq və real xarakter daşıyırdı.
Hazırda boşanma işim Abşeron Rayon Məhkəməsində icraatdadır. Mən rəsmi qaydada müraciət etmişəm, hüquqi prosesə başlamışam. Lakin bu müddət ərzində də təhdidlər dayanmayıb, əksinə, daha da kəskinləşib.Hüquq-mühafizə orqanlarına vaxtında müraciət edə bilməməyimin əsas səbəbi də məhz bu real təhlükə olub. Mənə açıq şəkildə deyilib ki, müraciət etsəm:uşaqlarımdan məhrum ediləcəyəm;fiziki zərər görəcəyəm;həyatım təhlükə altında olacaq",-deyə şikayətçi bildirir.
Nurlana Məhərrəmovanın sözlərinə görə,əri tərəfindən daimi fiziki və psixoloji zərbə altında olduğu üçün işlədiyi məktəbə gəlib-gedə bilməyib.Bu barədə məktəb direktorunu xəbərdar etsə də,sonda onun əleyhinə olan qərar verilib və müəllimə işini də itirib.
"Davamlı təhdidlər səbəbindən məktəbə gəlmək mənim üçün birbaşa həyat təhlükəsi yaradıb. Bu barədə dəfələrlə məktəb direktoru – Bəndəliyev İsmayıla rəsmi və şifahi şəkildə müraciət etmiş, vəziyyəti izah etmiş, iş yerində təhlükəsizliyimin təmin olunmasını və ya müvəqqəti alternativ mexanizm tətbiq edilməsini xahiş etmişəm.
Buna baxmayaraq:müraciətlərim araşdırılmamış;real təhlükə nəzərə alınmamış;heç bir rəsmi izahat alınmamış;daimi əmək müqaviləm olduğu halda, heç bir əsas olmadan işdən azad edilmişəm.
Direktor tərəfindən təhsil şöbəsinə yanlış və birtərəfli məlumatlar ötürülmüş, guya mən səbəbsiz olaraq aylardır dərsə gəlməmişəm kimi təqdim olunmuşdur. Halbuki faktiki olaraq mən məktəbə gəlməyə cəhd etdiyim zaman ailə üzvlərim tərəfindən izlənmiş, təhdid edilmiş, zorla məktəbdən qaçmağa məcbur qalmışam. Bu hallar barədə direktor məlumatlandırılsa da, heç bir tədbir görülməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, müvafiq dövlət orqanlarından aşağıdakıların təmin edilməsini xahiş edirəm:Mənə qarşı ailədaxili zorakılıq və təhdid faktlarının hüquqi qiymətləndirilməsi;Atam – Mehərrəmov Məmməd Əliyoldaş oğlu,anam – Mehərrəmova Zeynəb Hüseyn qızı,qardaşım – Mehərrəmov Nicat Məmməd oğlu,keçmiş həyat yoldaşım – Rzayev Samo Natiq oğlu tərəfindən mənə qarşı hər hansı fiziki və psixoloji təsirin tam dayandırılmasını və işimə bərpa olunmasının təmin edilməsini aidiyyatı qurumlardan xahiş edirəm",-deyə şikayətçi bildirib.
Oxu24.com məsələni diqqətdə saxlayır.Səsləndirilən fikirlərlə bağlı qarşı tərəfin və aidiyyatı qurumların da mövqelərini təqdim edəcək.
Miri Məcidli
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.