Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
850
29.01.2026, 21:50
Son dövrlər bir çox işçilər işəgötürənlərin əmək məzuniyyəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyini bildirir. Xüsusilə özəl sektorda bəzi əməkdaşlar aylarla, hətta illərlə fasiləsiz çalışdıqlarını, lakin məzuniyyət hüquqlarından istifadə edə bilmədiklərini deyirlər. “1 ildir məzuniyyətsiz işləyirəm, müdir isə məzuniyyət verməyəcəyini açıq şəkildə bildirir” – bu kimi şikayətlər əmək hüquqlarının pozulması ilə bağlı ciddi suallar doğurur.
Bəs qanun bu barədə nə deyir?
Oxu24.com-un xəbərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Qanunvericilikdə əmək məzuniyyəti işçinin əsas hüquqlarından biri kimi təsbit olunub və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz.
Əgər işçi müvafiq iş ili ərzində hər hansı səbəbdən əmək məzuniyyətindən istifadə etməyibsə, həmin iş ili və ya iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilməlidir.
Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, eləcə də istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər.
Qeyd edək ki, bu cür hallarla qarşılaşan işçilər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilərlər.
Turan
11:32 / 14 Noyabr 2026
5
11:19 / 14 Noyabr 2026
50
11:09 / 14 Noyabr 2026
53
11:00 / 14 Noyabr 2026
73
10:58 / 14 Noyabr 2026
76
10:46 / 14 Noyabr 2026
81
10:36 / 14 Noyabr 2026
79
10:17 / 14 Noyabr 2026
71
09:59 / 14 Noyabr 2026
94
09:46 / 14 Noyabr 2026
99
09:30 / 14 Noyabr 2026
93
09:29 / 14 Noyabr 2026
117
09:23 / 14 Noyabr 2026
117
08:09 / 14 Noyabr 2026
1501
01:15 / 14 Noyabr 2026
169
00:40 / 14 Noyabr 2026
324
00:02 / 14 Noyabr 2026
1251
23:58 / 13 Noyabr 2026
172
23:49 / 13 Noyabr 2026
175
23:40 / 13 Noyabr 2026
195
23:28 / 13 Noyabr 2026
195
23:22 / 13 Noyabr 2026
176
23:17 / 13 Noyabr 2026
453
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.