SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
753
29.01.2026, 21:39
Son günlər xaricdən onlayn qaydada sifariş edilən malların gömrükdə saxlanılması və vətəndaşlara təhvil verilməsində gecikmələr yaşandığına dair şikayətlər artıb. Bildirilir ki, bəzi hallarda mallar ölkəyə çatdırılsa da, buraxılış prosesi uzanır.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də mütləq qaydada gömrük orqanlarına bəyan edilməlidir.
“Son dövrlərdə elektron sifarişlərin sayının kəskin artması ilə paralel olaraq, düzgün və dəqiq bəyan edilməyən, eləcə də ümumiyyətlə bəyan olunmayan bağlamaların həcmi artıb. Bu isə mövcud vəziyyətin tənzimlənməsi məqsədilə əlavə yoxlama və prosedurların aparılmasını zəruri edir”, - qurumdan qeyd edilib.
Açıqlamada vurğulanıb ki, gömrük orqanları tərəfindən yaranmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülür və bu proses bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılışına da təsir göstərə bilir:
“Eyni zamanda sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu cür problemlərin qarşısının alınması üçün onlara müvafiq tövsiyələr verilir”.
Dövlət Gömrük Komitəsi vətəndaşlardan yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığını nəzərə almalarını xahiş edib.
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.