Heyvanın təkcə özü deyil, tumu da faydalıdır
14 Noyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
917
29.01.2026, 21:53
Azərbaycanda apteklərin böyük əksəriyyətinin elektron sistemə keçməsi ilə vətəndaşlar artıq reseptlərini onlayn şəkildə izləyə və dərmanlarını kağız resept olmadan əldə edə bilirlər.
Oxu24.com -in məlumatına görə, hazırda tibb müəssisələrində reseptlər elektron qaydada verilir və həkimlər dərman təyinatlarını elektron resept sistemi vasitəsilə aparırlar.
Yeni sistemin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxmasıdır. Əvvəllər vətəndaşlar resepti əlində gəzdirərək uyğun dərmanı tapmaq üçün bir neçə aptek dolaşmalı olurdusa, indi kodlaşdırılmış elektron reseptlə birbaşa yaxın aptekə müraciət edərək dərmanı vaxtında əldə edə bilirlər.
Elektron resept sistemi həkimə dərman yazarkən ölkə üzrə mövcud preparatlar, onların hansı apteklərdə olduğu və miqdarı barədə məlumat verir. Bu da həm həkim, həm də pasiyent üçün dərmanın tapılmasını xeyli asanlaşdırır. Xəstə əvvəlcədən bilir ki, təyin olunan dərman hansı aptekdə mövcuddur və resept kodu ilə həmin aptekdən dərmanı ala bilər.
Sistem həkimləri, tibb müəssisələrini və aptekləri vahid elektron platformada birləşdirir. Həkimlər pasiyentin əvvəl istifadə etdiyi dərmanları görə, yeni təyin olunan preparatların təsirini əvvəlkilərlə müqayisə edə bilirlər. Bu isə xəstə təhlükəsizliyinin artırılmasına və düzgün müalicə planının qurulmasına şərait yaradır.
Elektron reseptlər həkim–əczaçı əlaqəsini də asanlaşdırır. Əllə yazılan reseptlərdə rast gəlinən xəttin oxunmaması, dərman adlarının səhv başa düşülməsi və ya preparatların düzgün verilməməsi kimi risklər elektron sistemdə tamamilə aradan qalxır. Bütün məlumatlar sistemdə dəqiq və standart formada qeyd olunur.
Vətəndaşlar lərinə mobil telefon və ya internet üzərindən baxa, dərmanların əldə olunması prosesini daha rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Qeyd edək ki, elektron resept sistemi səhiyyədə rəqəmsallaşmanın vacib tərkib hissəsi olmaqla, həm pasiyent məmnuniyyətini artırır, həm də dərman dövriyyəsinə nəzarəti gücləndirir./baku.ws
11:32 / 14 Noyabr 2026
5
11:19 / 14 Noyabr 2026
50
11:09 / 14 Noyabr 2026
53
11:00 / 14 Noyabr 2026
73
10:58 / 14 Noyabr 2026
76
10:46 / 14 Noyabr 2026
81
10:36 / 14 Noyabr 2026
79
10:17 / 14 Noyabr 2026
71
09:59 / 14 Noyabr 2026
94
09:46 / 14 Noyabr 2026
99
09:30 / 14 Noyabr 2026
93
09:29 / 14 Noyabr 2026
117
09:23 / 14 Noyabr 2026
117
08:09 / 14 Noyabr 2026
1501
01:15 / 14 Noyabr 2026
169
00:40 / 14 Noyabr 2026
324
00:02 / 14 Noyabr 2026
1251
23:58 / 13 Noyabr 2026
172
23:49 / 13 Noyabr 2026
175
23:40 / 13 Noyabr 2026
195
23:28 / 13 Noyabr 2026
195
23:22 / 13 Noyabr 2026
176
23:17 / 13 Noyabr 2026
453
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.