Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qorxunc QƏZA: Məhəccər uşağın üzərinə aşdı

news/2026_01_01/mehhec_1767261562.webp

KRİMİNAL

136

01.01.2026, 14:08

Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.

Oxu24.com -un məlumatına görə, hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən, mülki geyimdə xidmət aparan polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər.

Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.