"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2110
01.01.2026, 14:39
Astroloq:" 560 ildir ölmüş Nostradamusun, yaxud Vanqanın "həftəlik, aylıq" proqnozları uydurmadır
Cəmiyyətimizdə hər ilin sonu ən çox məşhur astroloq Səbuhi Rəhimlinin proqnozları dinlənilir, oxunur və qeydlər aparılır.
Məsələn, ötən ilin dekabrında 2025-ci il üçün verdiyi proqnozda bildirmişdi ki, “Azərbaycanla Ermənistan arasında 2025-ci ilin ilk yarısında sülh müqaviləsi imzalanmayacaq. Lakin ilin ikinci yarısında bunun olma ehtimalı var". (2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, )
Zəngəzur dəhlizinin isə 2025-ci ildə açılacağını proqnozlaşdırmıram”. ( Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib:"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”).
Tanınmış astroloqun 2026-cı illə bağlı videopaylaşımı da xeyli marağa səbəb olub.
Oxu24.com-un əməkdaşı astroloq Səbuhi Rəhimli ilə həmsöhbət olub.
S. Rəhimli ilə söhbətimizdə o "Vanqa" və "Nostradamus" miflərinə inananların daha çox olduğunu vurğulayıb.
Astroloq bildirdi ki, Nostradamus və Vanqa - heç biri bürc proqnozu verməyib:" İnsanlarımıza hər dəfə deyirik, amma cahillik səbəbindən bəzi xarici mətbu orqanların uydurmasını ciddi qəbul edir.
Nostradamus 560 il əvvəl ölübdür, amma guya oturub, günbəgün, həftəbəhəftə 2025-ci ilin proqnozlarını yazıb. Axı bu absurd bir fikirdi. O , ancaq planetlərlə bağlı proqnozlar verib. Məsələn, Mars planeti əkizlər bürcündə olanda , tutaq ki, 2002-də filan hadisə, 2012-də başqa bir hadisə olacaq. Yoxsa ki, bu həftə dünya dağılacaq, gələn həftə qıtlıq olacaq, yox bir " marketdən bu həftə bazarlıq edin" öncəgörməsi.
Səbuhi Rəhimli onu da vurğuladı ki, cəmiyyətimizin böyük əksəriyyəti xarici mətbuatda öncəgörmə, bürclər, illərlə bağlı proqnozları daha gerçək qəbul edir, eyni zamanda bunu öz ölkəsində də tətbiq edirlər: "Bəziləri ekstrasens Zirəddin Rzayevin fotosunu qoyub absurd həftəlik- aylıq proqnozlar yazırlar. Məsələn, "bu ay 3 bürc qəfil varlanacaq". Zirəddin dəfələrlə özü qeyd edib ki, mən astrologiya ilə məşğul deyiləm, mənim dediyim proqnozlar önəgörmədir.
Vanqa ilə bağlı danışan astroloq deyib ki, "nənə kahin" astrologiya haqqında heç bir məlumata malik olmayıb.
Amma görücülük qabliyyəti olub: " Vanqa bildirib ki, 2025-ci ilin bu həftəsinə qədər böyük bir hadisə olacaq" kimi açıqlamalar çox mənasız uydurmalardır".
Astroloq Çin təqviminə görə odlu qırmızı at ilinin 17 fevral 2026-cı ildə başlayacağını və 5 fevral 2027-ci ildə başa çatacağını da bildirdi.
Əntiqə Rəşid
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.