Polşa nüvə silahına sahib olmaq istəyini bir daha təsdiqləyib
03 Mart 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
634
01.01.2026, 16:26
İran–İsrail xəttində gərginliyin yenidən açıq müharibəyə çevrilməsi ehtimalı müzakirə mövzusu olaraq qalır. İsrailin baş naziri Benyamin Netanyahu İranın Fordo nüvə obyektinin məhv edilməsindən sonra Tehranın nüvə proqramını digər obyektlərdə bərpa etməyə çalışdığını bəyan edib. Bəs, İran–İsrail xəttində yenidən açıq müharibə ehtimalı nə qədər realdır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, İran açıq şəkildə nüvə fəaliyyətini öz dövlət maraqları çərçivəsində apardığını bəyan edir və rəsmi olaraq nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayır. Lakin onun sözlərinə görə, nüvə fəaliyyəti ilə məşğul olan istənilən ölkənin yekun hədəfinin silah əldə etmək olduğu beynəlxalq aləmdə hamıya məlumdur.
Tural Abbaslı qeyd edib ki, bu amil İsrailin mütəmadi olaraq İranı nüvə silahı istehsalında ittiham etməsi, onun ərazilərini bombalaması və ya təxribatlar həyata keçirməsi üçün əsas ola bilməz:
“İran–İsrail qarşıdurması mövcuddur və bu, 12 günlük müharibə zamanı pik həddə çatdı. Bütün dünya gördü ki, tərəflərin bəyan etdiyi kimi bir-birini tam məhv etmək ssenarisi reallaşmadı. Sonradan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olundu.”
Həmçinin oxuyun
Partiya sədri bildirib ki, daha sonra məlum oldu ki, obyektlərin vurulması müəyyən koordinasiya çərçivəsində baş verib və ABŞ bu prosesdən məlumatlı olub. Onun fikrincə, qarşıdurma istənilən anda yenidən alovlana bilər, lakin münaqişəni yalnız İranın nüvə silahı əldə etmək niyyəti ilə izah etmək doğru olmaz.
“Burada həm İran rejiminin daxili problemlərdən diqqəti yayındırmaq və öz mövqeyini qorumaq maraqları, həm də Netanyahunun siyasi vəziyyəti rol oynayır. Qəzzada aparılan hərbi əməliyyatlardan sonra İsraildə daxili siyasi durum o qədər də ürəkaçan deyil. Netanyahu üçün də ümumi düşmən obrazının formalaşması sərfəlidir,” – deyə Abbaslı vurğulayıb.
Onun sözlərinə görə, məsələ təkcə İran–İsrail münasibətlərindən ibarət deyil, daha geniş geosiyasi maraqların toqquşmasıdır. Açıq müharibə ehtimalı qalmaqda davam etsə də, bunun yaxın zamanda baş verməsi real görünmür.
“Bu məsələdə qərarı yalnız İran və İsrail vermir. ABŞ-ın birbaşa rolu və təsiri var. Xüsusilə, Donald Trampın mövqeyi həlledici ola bilər. Ona görə də hazırkı mərhələdə gözləmə mövqeyi üstünlük təşkil edir,” – Tural Abbaslı əlavə edib.
23:45 / 03 Mart 2026
12
23:41 / 03 Mart 2026
7
23:32 / 03 Mart 2026
25
23:30 / 03 Mart 2026
22
23:27 / 03 Mart 2026
44
23:18 / 03 Mart 2026
130
23:14 / 03 Mart 2026
66
23:09 / 03 Mart 2026
72
22:56 / 03 Mart 2026
416
22:50 / 03 Mart 2026
41
22:50 / 03 Mart 2026
55
22:47 / 03 Mart 2026
47
22:39 / 03 Mart 2026
46
22:32 / 03 Mart 2026
472
22:30 / 03 Mart 2026
53
22:29 / 03 Mart 2026
123
22:19 / 03 Mart 2026
114
22:05 / 03 Mart 2026
155
21:59 / 03 Mart 2026
94
21:46 / 03 Mart 2026
53
21:45 / 03 Mart 2026
120
21:30 / 03 Mart 2026
71
21:27 / 03 Mart 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.