ABŞ və Çin süni intellektlə bağlı razılığa gəlir
03 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
700
01.01.2026, 13:37
ABŞ Dövlət Departamenti farsdilli rəsmi X (Twitter) hesabında İran xalqını Yeni il münasibətilə təbrik edərək, İranda mövcud siyasi-iqtisadi vəziyyətə dair açıq və tənqidi mövqe nümayiş etdirib.
Oxu24.com xəbər verir ki, bəyanatda 2026-cı ilin İran üçün “ümid, rifah, ədalət və hamı üçün insan ləyaqəti ilə dolu bir il” olması arzulanıb.
ABŞ diplomatiyasının rəsmi mesajında vurğulanıb ki, ötən il ərzində İran bir-birini izləyən çoxsaylı böhranlarla üzləşib. Xüsusilə:
-İran rialının kəskin dəyər itirməsi,
-ərzaq və əsas istehlak məhsullarının qiymətlərinin artması,
-hava çirklənməsi,
-su və elektrik enerjisi çatışmazlığı,
-internetə çıxışın məhdudlaşdırılması və senzuranın gücləndirilməsi kimi problemlər ayrıca qeyd edilib.
Bəyanatda açıq şəkildə bildirilib ki, bu böhranların dərinləşməsinin əsas səbəblərindən biri İslam Respublikası rejiminin davam edən repressiyaları və zəif idarəçilik modelidir. ABŞ Dövlət Departamenti vurğulayıb ki, mövcud siyasət xalqın sosial və iqtisadi əzablarını daha da artırır və bu vəziyyət davamlı ola bilməz.
“İran xalqı daha ədalətli, sabit və ləyaqətli bir gələcəyə layiqdir. Böhran və zülm dövrü bitməlidir”, – deyə bəyanatda qeyd olunub.
ABŞ tərəfi mesajda birbaşa rejim dəyişikliyinə çağırış etməsə də, ritorika Tehrandakı hakimiyyətə qarşı açıq siyasi təzyiq kimi qiymətləndirilir. Xüsusilə, son aylarda ölkə daxilində davam edən etirazlar, iqtisadi çətinliklər və sosial narazılıqlar fonunda bu bəyanat Vaşinqtonun İran xalqına siyasi-mənəvi dəstək mesajı kimi şərh olunur.
Məlumatı ilk mənbə kimi farsdilli ABŞ Dövlət Departamenti hesabına istinadla Independent Persian yayıb.(Musavat.az)
03:58 / 04 Oktyabr 2026
76
00:16 / 04 Oktyabr 2026
108
23:56 / 03 Oktyabr 2026
73
23:26 / 03 Oktyabr 2026
82
22:53 / 03 Oktyabr 2026
84
22:48 / 03 Oktyabr 2026
77
22:41 / 03 Oktyabr 2026
97
22:29 / 03 Oktyabr 2026
92
22:13 / 03 Oktyabr 2026
186
22:08 / 03 Oktyabr 2026
107
21:24 / 03 Oktyabr 2026
87
21:09 / 03 Oktyabr 2026
107
20:57 / 03 Oktyabr 2026
130
20:51 / 03 Oktyabr 2026
102
20:38 / 03 Oktyabr 2026
111
20:27 / 03 Oktyabr 2026
622
20:14 / 03 Oktyabr 2026
103
20:03 / 03 Oktyabr 2026
490
19:52 / 03 Oktyabr 2026
642
19:51 / 03 Oktyabr 2026
133
19:46 / 03 Oktyabr 2026
82
19:34 / 03 Oktyabr 2026
85
19:34 / 03 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.