Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
04 Oktyabr 2026, 03:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
701
01.01.2026, 17:22
Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu24.com-a verilən məlumatda bildirilir ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.
Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.
Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə halları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıq ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə deməkdir.
Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki, bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz.
03:58 / 04 Oktyabr 2026
76
00:16 / 04 Oktyabr 2026
108
23:56 / 03 Oktyabr 2026
73
23:26 / 03 Oktyabr 2026
82
22:53 / 03 Oktyabr 2026
84
22:48 / 03 Oktyabr 2026
77
22:41 / 03 Oktyabr 2026
97
22:29 / 03 Oktyabr 2026
92
22:13 / 03 Oktyabr 2026
186
22:08 / 03 Oktyabr 2026
107
21:24 / 03 Oktyabr 2026
87
21:09 / 03 Oktyabr 2026
107
20:57 / 03 Oktyabr 2026
130
20:51 / 03 Oktyabr 2026
102
20:38 / 03 Oktyabr 2026
111
20:27 / 03 Oktyabr 2026
622
20:14 / 03 Oktyabr 2026
103
20:03 / 03 Oktyabr 2026
490
19:52 / 03 Oktyabr 2026
642
19:51 / 03 Oktyabr 2026
133
19:46 / 03 Oktyabr 2026
82
19:34 / 03 Oktyabr 2026
85
19:34 / 03 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.